Bu ilin məlumatlarına görə, Saqareco bələdiyyəsində 27 nəfər vərəmə
yoluxmuş xəstə var. Bunlardan 10 nəfəri Yormuğanlı icmasındandır.
Vərəm və Ağciyər Xəstəlikləri Milli Mərkəzi idarəsi, koordinasiya
və nəzarət xidmətinin rəhbəri Marina Cancğavanın dediyinə görə,
onlardan üçü yolxucu formaya keçib. Gürcüstanda vərəmin
diaqnostikası və müalicəsi dövlət standartları ilə pulsuzdur və
düzgün müalicə aparılması halında sağalır.
Kaxeti bölgəsində yeddi vərəm kabineti var, o cümlədən biri
Saqarecodadır. Lakin dil maneəsi müəyyən problemlər yaradır, buna
görə də ftiziatrlar Yormuğanlı əhalisi ilə ünsiyyət qurmağa
çətinlik çəkirlər.
“Yormuğanlı xüsusi bölgədir, burada vəziyyət bir az başqa cürdür.
Dil maneəsi problemi yalnız xəstələrlə deyil, eyni zamanda həmin
xəstələrə xidmət edən tibb bacıları ilə də mövcuddur. Yalnız
diaqnoz qoyulması kifayət deyil, əsas müalicəni sona qədər
çatdırmaqdır. Əgər illərə görə baxsaq, bu bələdiyyədə yoluxanların
sayı azalıb.” – Marina Cancğava deyir.
61 yaşlı Qəmbər Paşayev Muğanlı kənd sakinidir. Özünün dediyinə
görə, heç vaxt virus daşıyıcısı olmayıb, lakin vərəm haqqında
müəyyən məlumatı var, lakin deyir ki, dəqiq bilmir ki, xəstəliyin
ilkin mərhələsində hansı əlamətlər olur və ya məsləhət üçün kimə
müraciət etməlidir.
“Bilirəm ki, bu xəstəlik hava ilə keçir. Əgər kimdəsə vərəm olsa,
onun stəkanından su içmək olmaz və onunla ünsiyyətdən çəkinmək
lazımdır. Bu xəstəlik məndə olsa, heç kəsə açıqlamazdım, lakin heç
kəsi yoluxdurmamaq üçün ehtiyatlı olardım. Bizim kəndə heç kəs
gəlib deməyib ki, xəstəlik aşkarlansa, necə hərəkət etməliyik. Əgər
daha çox məlumatım olsa, daha çox ehtiyatlı olardım. Onu da
bilmirəm ki, hansı müayinələr aparılmalıdır və qiyməti
neçəyədir.”
Gürcüstanda 2016-cı ildən yolxucu xəstəliklər, o cümlədən vərəmə
epidemioloji nəzarət başlayıb. Həkim-ftiziatrlara müntəzəm olaraq
müvafiq seminarlar keçirilir. Marina Cancğavanın dediyinə görə, o,
da ildə iki dəfə bölgələrə getməli və yoluxmuş xəstələrlə görüşməli
olur. Bundan başqa, paralel olaraq benefisiaarın ailə üzvü də
müayinə olunur, çünki xəstəliyi mümkün qədər erkən aşkarlamaq
önəmlidir. “Dövlət proqramı bütün Gürcüstan miqyasında, o cümlədən
Saqarecoda işləyir. Kaxeti koordinatoru 2003-cü ildə başlayan
Qlobal Fondun qrantı çərçivəsində hər rübdə bir dəfə monitorinq
aparmağa borcludur. Bu monitorinq üçün Yormuğanlıda bir müqavimətli
(vərəm əleyhinə preparatlara qarşı dayanıqlılıq) xəstə var. Onun
müalicəsi fərqli və daha uzunmüddətlidir. O, tam sağalana qədər ən
azı 20 ay müalicə almalıdır.”
Mərkəzin məlumatına görə, Gürcüstanda vərəmə yoluxmuş 3000-ə qədər
xəstə var. Onlardan təxminən 1800 yeni formadadır, qalanları isə
müalicə olunandır. Bunlardan 400-dən 500-ə qədəri müqavimətli
formadadır ki, onların da uzunmüddətli müalicəyə ehtiyacı var.
Həmçinin qeyd edirlər ki, həssas vərəmdən ölüm halları müqavimətli
formaya nisbətən daha azdır.
“Bizim ölkəmizdə artıq 2 ildir ki, vərəmə yoluxmuş xəstələr üçün
2-ci səviyyəli preparatlar əlçatandır. Bunlar əvvəllər Gürcüstanda
yox idi. Bu dəfə xəstəliyin istənilən formasına yoluxmuş xəstələrə
pulsuz 2 növ dərman veriləcək. Demək istəyirəm ki, hər bir xəstənin
müalicəsi 10-12 min avroya başa gəlir.”
Saqareco bələdiyyəsində vərəm kabinetinin həkim-ftiziatrı Marina
Boraşvilinin dediyinə görə, əksər hallarda şübhəli xəstələrin
onların yanına məhəllə həkimi göndərir, lakin bəziləri öz təşəbbüsü
ilə müraciət edir. Müraciət edən şəxslərin bəlğəm və qanın ümumi
analizi aparılır, rentgen edilir. Xəstəliyin təsdiqlənməsi halında
onun qeydiyyata alınması baş tutur. Yormuğanlı icmasında xəstələr
müalicəni əsasən ev şəraitində keçirirlər. Rayon miqyasında keçən
il 45 adam müalicə keçib. “Vərəmin müayinəsi və müalicəsi
pulsuzdur. Bəziləri birbaşa Tbilisiyə, Xudadov klinikasına gedir.
Sonra bizə forma 100 göstərir və burada müalicə edirik. Yormuğanlı
icmasının tibb bacıları ilə dil maneəsi problem olaraq qalır, buna
görə də ünsiyyət qurmağa çox çətinlik çəkirik. Maksimal şəkildə
çalışırıq ki, tərcüməçilərin köməyi ilə müvafiq məsləhətlər verək.
Dərmanları yerlərdə bizim koordinatorlar aparır. Paralel olaraq mən
də gedirəm və qeydiyyata alınmış xəstələrlə məlumat xarakterli
görüşlər keçirirəm. Hal hazırda icmada müalicə olunmayacaq elə ağır
xəstə yoxdur.”
Əgər xəstə dərman qəbul etməkdən imtina edirsə, epidemioloqlar
müalicə kursunu davam etdirməyə inandırır. Əks halda iki aydan
sonra qeydiyyatdan çıxarılır. Lakin Marina Boraşvilinin dediyinə
görə, Yormuğanlıda belə hallar qeydə alınmayıb.
Yormuğanlı poliklinikasının
meneceri Bəşir Mahmudovun bildirdiyinə görə, vərəmə yoluxmuş
xəstələr üçün onların icmasında müvafiq şərait var. Məhəllələrə
uyğun olaraq tibb müəssisəsində beş nəfər ailə həkimi var.
Dərmanlar da buna uyğun olaraq paylanılır ki, bunu da tibb bacıları
xəstələrin evlərinə aparırlar. “Biz şübhəli halla qarşılaşdıqda
xəstəni müayinə üçün Saqarecoya göndərməliyik. Onları yeni
dərmanlarla müalicə edirik və heç kəs narazı deyil. Xəstələrə digər
şəxsləri də yoluxdurmamaq üçün gigiyenaya necə riayət etməli
olduqlarını başa salırıq.”
Əgər insanda öskürək, tərləmə, kiçik hərarət, qanlı bəlğəm varsa,
məsləhət üçün mütləq ailə həkiminə və ya vərəm kabinetinə müraciət
etməlidirlər ki, bu da Saqarecoda Kaxeti şossesi 13 ünvanında
(poliklinikanın bazasında) yerləşir. Burada həkim-ftiziatr
xəstələrə saat 10-dan 17-dək xidmət göstərir.
VƏRƏM NƏDİR
Vərəm vərəm çöplərinin səbəb olduğu yolxucu xəstəlikdir. Vərəm
əsasən ağ ciyərləri zədələyir, lakin digər orqanlar da zədələnə
bilər. Məsələn, böyrəklər, cinsi orqanlar, sümüklər, oynaqlar,
mərkəzi sinir sistemi və ya limfa düyünləri zədələnə bilər və ağ
ciyər xarici vərəm inkişaf edə bilər. Əsas infeksiya mənbəyi
tənəffüs yolları vərəmlə yoluxmuş adamdır. Vərəm ən çox sosial
fonun nisbətən ağır olduğu ölkələrdə daha çox yayılıb. Xəstəlik
üçün zəif və yüngül öskürək xarakterikdir. Alçaq hərarət, tərləmə -
xüsusilə gecələr, bəlğəmdə qanın olması, böyürdə sancı. Xəstəliyin
yayılmasının ilkin faktoru qapalı şəraitdir, məhz buna gör də ailə
vərəmi halları tez-tez baş verir. Xəstə mikobakteriyaları
danışıqla, asqırıqla və öskürəklə yayır. Həmin hava ilə digər şəxs
də tənəffüs edərsə, o da yoluxur. Lakin bunun üçün uzunmüddətli
əlaqə lazımdır. Əgər xəstə evdə müalicə alırsa, mütləq ayrı otaqda
yerləşdirmək və otağın havasını tez-tez dəyişmək lazımdır. Xəstəlik
stəkanla, məişət əşyaları ilə keçmir, xəstəlik yalnız hava-damcı
yolu ilə keçir.
Statistikaya əsasən, hər il dünyada 8-9 milyon insan vərəmə
yoluxur, il ərzində 2-3 milyon insan dünyasını dəyişir, lakin hər
üç nəfərdən biri yoluxur.
Marina Beroşvili
სტატიის ქართულ ვერსია
გაზეთის პდფ
მასალის გამოყენების პირობები