Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Onun əvəzinə “birja”ya toplaşmış kişilər cavab verirlər ki, səhəng
20 litr su tutur, boş halda isə çəkisi 5 kiloqramdır. Bu sırada
qadın səhəngi doldurdu və evinə tərəf uzanan cığırla yola
düzəldi.
Biz də bulaqdan kəndə doğru gedirik. Küçədə baba və nəvəyə rast
gəldik və qadın əməyi ilə bağlı fikirlərini soruşduq. Kişi bizi
evinə dəvət etdi və dedi ki, bu barədə həyat yoldaşı daha yaxşı
danışar.
55 yaşlı Fatimə ƏlixanovaLəmbəli kəndində yaşayır, 19 yaşında ailə
qurub, Dedoplistskaroda gürcü məktəbini bitirib. Dediyinə görə,
yaxşı oxuyurmuş, ali məktəbə qəbul olmaq üçün imtahan vermədiyinə
və indi peşəsi olmadığına görə peşimanlanır.
Deyir ki, səhəryuxudan duran kimi səhər yeməyi hazırlamağa
başlayır. Hər iki nəvəsini hazırlayır, yemək verir və məktəbə yola
salır. Sonra isə digər işlərlə məşğul olur. Bir neçə gündən bir
çörək bişirir. Həyətdə suları gəlmir, buna görə də bəzən bidonla
daşıyır. Səhəngi də var, lakin artıq istifadə etmir, deyir ki, çox
ağırdır, qışda isə soyuq olur. Su daşımağın onların kəndində yenə
də qadın işi hesab olunması xoşuna gəlmir, bunu səhv hesab edir.
Deyir ki, bəxti gətirib ki, bulağa tez-tez həyat yoldaşı ilə
birlikdə maşınla gedir. Bu kişilər üçün alçaldıcı deyil.
-“Bilmirəm şəhərdə necədir, ancaq kənddə həqiqətən iş çoxdur. Bəzən
qadınların dizini qatlamaq imkanı belə olmur. Su olmadığına görə
bağ-bostan becərə bilmirik, əvəzində çöldə, fermada oluram. İndi
nəvələrim məktəbə gedirlər və onlara baxmaq lazımdır, buna görə də
mənzildə övladım və gəlinim olur, sonra mən də baş çəkəcəm.”
Ləmbəlidən sonra Yormuğanlıda dayanırıq, burada da bulaq başına
yalnız qadınlar toplaşıb. 60 yaşlı Həcər Omarova suyu bir neçə beş
litrlik bidonlarla daşıyır.
Dediyinə görə, onun səhəri də erkən başlayır. Çörək bişirmək, su
daşımaq, yumaq, evi yığışdırmaq, toyuq-cücəyə baxmaq – bütün bunlar
onun gündəlik gördüyü işlərin natamam siyahısıdır. Bunları
bitirdikdən sonra yemək bişirmək üçün də vaxt tapır. Deyir ki,
onlarda qadının işi ağırdır. Bütün işlərini qurtardıqdan sonra
günəşli həyətdə toplaşırlar, samovar qaynadırlar və çay
içirlər.
17 yaşında evlənib, həyat yoldaşı vəfat edən zaman oğlu beş yaşında
imiş, buna görə də ailənin yükünü təkbaşına çəkib. İndi üç
nəfərdirlər, öğlu, gəlini və özü.
-“Biz qadınlar toyuğa və hindtoyuğuna baxırıq, bağ-bostan
becəririk, suyu da bəzən səhənglə, bəzən uzunqulaqla, bəzən isə su
balonları ilə daşıyırıq. Kişinin əlində su gətirməsi ayıb hesab
edilir, bilmirəm niyə, lakin bu bizim adətdir. 10-12 yaşlı oğlan
uşağı əlində su gətirər, amma bundan sonra gətirməz. Bizim ailədən
su gətirməyə mən və gəlinim gedirik.”
“Vejini” qeyri hökumət təşkilatının icraçı direktoru
LauraXaritonişvili icmada mövcud olan gender problemlərinə yaxşı
bələddir. Buna səbəb kimi isə stereotipləri və çətin adət-ənənələri
göstərir.
-“Qadınlar adətən kənd təsərrüfatında və ictimai məktəblərdə
çalışırlar. İnzibati işlərdə isə çox az rast gəlmək olur. Burada,
həmçinin erkən evlilik problem olaraq qalmaqdadır. Evlənəndən sonra
qızlar məktəbi bitirə bilmir, müvafiq bilik əldə edə bilmirlər.
Erkən yaşda ana olurlar və yalnız ev işləri ilə kifayətlənirlər.
Fikrimcə, maarifləndirmənin səviyyəsini artırmaq lazımdır ki,
qadınlar ictimai işlərə fəal qoşulsunlar və qərarların qəbul
olunması prosesində öz rolları olsun. Azərbaycanlı icmasında gender
haqqında məlumat azlığı, əlbəttə, daha çox hiss olunur. Bu ənənə və
stereotiplərlə bağlıdır. Qeyd etmək istəyirəm ki, bu məsələ
üzərində çox təşkilatlar işləyir, lakin bu daimi xarakterli
olmalıdır. Yalnız qadınlarla deyil, kişilərlə də görüşlər keçirmək
lazımdır, hər ikisi bilməlidir ki, onlar bərabər hüquqlara
malikdirlər. Fikrimcə bu icma ilə erkən yaşlardan, məktəb vaxtından
işləmək lazımdır. Gənclər elə formalaşmalıdırlar ki, onlar
stereotiplərlə ilk başdan mübarizə apara bilsinlər.”
Gürcüstan miqyasında kişilərlə müqayisədə kənddə yaşayan qadınlar
əkinçilik və maldarlıq sahəsində orta hesabla 80 gün daha artıq
işləyirlər. Onlar həmçinin ailə üzvlərinin əsas qayğıkeşləridir və
ailə işləri də əsasən məhz onların üzərinə düşür. Mövcud ənənəvi
gender baxışları üzündən müxtəlif fəaliyyətlərdə daha az iştirak
edirlər. Bu haqda “SCT” şirkəti tərəfindən BMT Qadın Təşkilatının
(UN Women) dəstəyi ilə aparılmış 2015-ci ilin avqustundan 2016-cı
ilin fevralına qədər olan dövrü əhatə edən araşdırmada söz
açılır.
-“Yemək hazırlanması, paltar və qab-qacaq yuyulması, ütü işləri
kimi işlər də əsasən qadının vəzifələrinə daxildir. Araşdırmanın
hədəf regionlarında bir dənə də olsa qab yumaq üçün maşına rast
gəlinməsi halı qeydə alınmayıb. Qadınlar deyir ki, qab yumaq və
paltar ütüləmək işlərini həmişə onlar görməli olurlar və bunu
“bitməyən iş” adlandırırlar. Eyni şeyi yemək hazırlanması ilə bağlı
da demək olar. Rəyi soruşulan respondentlərin 5%-inin evdə içməli
suyu yoxdur, 14.5%-nin isə içməli olmayan suyu belə yoxdur. Orta
faiz göstəricisi bütün bölgələri əhatə etmir, belə ki KvemoKartli
bölgəsində əhalinin böyük hissəsi, 73.3%-i evdə su sisteminin
olmamasından şikayətlənir”, - araşdırmada oxuyuruq.
Araşdırma göstərdi ki, gün ərzində əməyə xərclənən saatların
miqdarı bölgələrə görə dəyişir.
Sameqreloda qadınlar kişilərdən 2.5, KvemoKartlidə 3, Acarıstanda
3.5, SamsxeCavaxetiyada 4, Kaxetidə isə 8 saat artıq
çalışırlar.
TamarKapanadze
გაზეთის pdf
სტატიის ქართული ვერსია
მასალის გამოყენების პირობები