სპექტრის დამატება
VİZASIZ AVROPA
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
Keşəli kəndinin sakini 20 yaşlı Ceyhun Əliyev Tbilisi İvane Cavaxişvili adına Universitetdə Beynəlxalq Əlaqələr fakültəsinin hazırlıq kursunda təhsil alır. Deyir ki, onların kəndində gənclər əsasən Türkiyə, Rusiya və Azərbaycana gedirlər. Deyir ki, gələcəkdə daha yaxşı şərait olsa, özü də Avropaya səyahət etməyi düşünür.

-“Bizim kənddən Avropaya nadir hallarda gedirlər. İşləmək üçün əsasən Türkiyəyə və Bakıya gedirlər. Ola bilsin ki, bunun haqqında heç nə bilməməyimizin günahıdır. Bilmirik Avropa İttifaqı hansı faydalar gətirə bilər, və yaxud getmək istəsəm necə hərəkət etməliyəm. Vizanın liberallaşdırılmasına gəlincə isə, yenə də fikirləşirəm ki, ölkəmiz üçün yaxşı iş görülür.”

Avrasiya Əməkdaşlıq Fondu 2016-cı ildə “Avropa İttifaqından asılılıq və Gürcüstanda biliyin qiymətləndirilməsi: 2009-2015-ci illərdə dayişiklik və tendensiya” araşdırmasını yayımlayıb. Ölkənin gürcü əhalisi ilə bərabər milli azlıq nümayəndələrinin müəyyən hissəsinin rəyi də soruşulub.
Araşdırmanın nəticələrindən aydın olur ki, 2013-cü ildən sonra demək olar ki, Avropa İttifaqı haqqında daha çox məlumat almaq istəyən etnik azlıqların hissəsi 20% artıb.

Politoloq Ramaz Sağvarelidze vizasız hərəkətin əhəmiyyətindən danışır. Deyir ki, vətəndaşlar viza almaq üçün səfirliklərin qarşısında növbəyə durmayacaqlar və müsahibə üçün bir neçə ay əvvəlcədən qeydiyyata düşməli olmayacaqlar. Bizim hər birimizin bu məsələnin əhəmiyyəti barədə nə qədər çox məlumatı olarsa, Avropa İmmiqrasiya Xidməti ilə o qədər az problemimiz yaranar.

-“İnsan sənə qapısını açırsa, bu deməkdir ki, o düşmən gözləmir. Bu ilkin və ən mühüm pozitivdir. Son vaxtlar Gürcüstan vətəndaşları viza alınmasında yaradılan bürokratik problemlərdən şikayət edirdilər. Bu gün Gürcüstanın yarısının övladı xaricdə təhsil alır və ya ailəsinin digər üzvü xaricdədir. Onların getmək üçün qısamüddətli vizaya ehtiyacları vardı ki, bu problem indi aradan qalxır. Lakin müəyyən sanksiyaları yerinə yetirməyib, müəyyən olunmuş vaxtdan artıq qalsaq, əlbəttə, problemlər ortaya çıxacaq. Elə də böyük nüfuzumuz yoxdur və bununla da azalası deyil, lakin bu daimi xarakter alsa, rejim dəyişəcək və yenidə viza rejiminə keçiləcək.”

Xarici İşlər Nazirliyinin məlumatına görə, vizasız səyahət rejimi çərçivəsində Gürcüstan vətəndaşlarının Şengen ölkələrinə vizasız, adi pasportla giriş və orada maksimum 90 gün ərzində qalmaq hüququ olacaq. Vizasız rejim vətəndaşa təhsil və müntəzəm iş hüququ vermir.
Nazirliyin məlumatına görə, vizasız rejimdən faydalanmaq üçün yalnız pasport və səyahət biletinin olması kifayət deyil. Avropa İttifaqı sərhədində tələb olunması halında vətəndaşlar Avropa İttifaqına üzv ölkələrin konsulluqlarında viza verilən zaman tələb olunan bütün sənədləri təqdim etməyə və bütün şərtlərə əməl etməyə borcludurlar.

***

SƏYAHƏT ETMƏK İSTƏYƏNLƏRƏ HANSI QAYDA VƏ SANKSİYALAR TƏTBİQ OLUNUR?

Gürcüstan Xarici İşlər Nazirliyi müvafiq təlimatları yayımlayıb.
Biometrik pasportu olan istənilən şəxs 180 gün ərzində maksimum 90 gün vizasız rejimdən istifadə edə bilər. Sərhəd keçid məntəqəsində aşağıdakı sənədlər lazım ola bilər: səyahət edən şəxsin maliyyə təminatını təsdiq edən sənəd, qayıdış bileti, səyahət sığortası və mehmanxana bronu.

Vizasız rejim nədir?

Vizasız rejim Avropa İttifaqının 22 üzv ölkəsini, Avropa İttifaqına üzv olmayan 4 ölkəni və Şengenə namizəd 4 ölkəni özündə birləşdirən Şengen zonası ölkələrin ərazisində 30 gün sərbəst hərəkət deməkdir:

Üzv ölkələr: Avstriya, Belçika, Almaniya, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlandiya, İsveç, Çexiya.
Üzv olmayan ölkələr: İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə;
Namizəd ölkələr: Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya;
Avropa İttifaqının 2 ölkəsi istisnalıq təşkil edir: Böyük Britaniya və İrlandiya.
Bu ölkələrə viza almaq üçün Gürcüstan vətəndaşları müvafiq konsul xidmətinə müraciət etməlidirlər:

Avropa İttifaqı/Şengen ərazisində nə qədər müddət qalmaq olar?
• Vizasız rejim Gürcüstan vətəndaşlarına vizasız yalnız qısamüddətli səyahətlər etməyə imkan verir;
• Qısamüddətli səyahət 180 gün ərzində 90 gün deməkdir;
• Avropa İttifaqı/Şengen ölkələrində 90 gün qaldıqdan sonra Gürcüstan vətəndaşı bu ölkələrin ərazisini tərk etməlidir. Avropa İttifaqı/Şengen ölkələrinə səyahət növbəti 90 günün (ümumilikdə 180 gün) tamam olmasından sonra mümkündür;
• Qısamüddətli səyahət müxtəlif məqsədlərlə həyata keçirilə bilər: turizm, ailə üzvlərinə/yaxınlara baş çəkmək, biznes-görüşlər, qısamüddətli tədris və mübadilə proqramları/təlimlər, kurslar, mədəni və elmi tədbirlərdə iştirak müalicə və s. Bu növ istənilən səyahətin müddəti 90 gündən artıq olmamalıdır;
• Vizasız rejim Avropa İttifaqı/Şengen ölkələrində təhsil, işləmək və başqa məqsədlər üçün uzunmüddətli səyahətləri əhatə etmir;
• Avropa İttifaqı/Şengen üzvü olan ölkələrin ərazisində uzun müddət qalmaq istəyən Gürcüstan vətəndaşı viza almaq üçün müvafiq ölkənin Gürcüstanda akkreditə olmuş konsulluğuna müraciət etməlidir.

Avropa İttifaqı/Şengen ərazisinə 90 gün ərzində dəfələrlə daxil olmaq olar, ya yox?

Bəli, lakin siz əmin olmalısınız ki, sizin səyahətin müddəti son 180 gün ərzində 90 gündən artıq olmayacaq; Şengen zonasında icazə verilə müddəti hesablamaq üçün xüsusi kalkulyator tövsiyyə olunur.

Hansı sənədlər lazımdır?

Gürcüstan ərazisinə qayıtma tarixi üçün son istifadə müddətinə ən az 6 ay qalmış qüvvədə olan biometrik pasport.

Biometrik pasportu haradan almaq olar?

Biometrik pasportu almaq üçün Ədliyyə Evinin istənilən filialına, Dövlət Xidmətləri İnkişafı Agentliyinin istənilən ərazi orqanına, istənilən ictimai mərkəzə, ekspress ictimai mərkəzə, xaricdəki istənilən Gürcüstan səfirliyinə/konsulluğa, Dövlət Xidmətləri İnkişafı Agentliyinin istənilən uzaq xidmət mərkəzinə müraciət etmək olar.

Biometrik pasport olmadan səyahət etmək olar?

Avropa İttifaqı/Şengen zonasına biometrik pasport olmadan vizasız səyahət etmək mümkün deyil. Biometrik pasport olmadığı halda viza almaq üçün Avropa İttifaqı/Şengen ölkələrinin Gürcüstanda akkreditə olmuş səfirliklərinə müraciət etmək lazımdır.
Gürcüstan vətəndaşları riayət etməyə borcludurlar:
• Şengen ölkələri ərazisinə giriş və orada qalınması qaydaları (Şengen ərazisində qalma müddəti 180 gün ərzində 90 gündən artıq olmamalıdır);
• Yerli qanunvericilik, yol hərəkəti qaydaları və ictimai qaydalar;
• İcazə verilən qalma müddətində Gürcüstan vətəndaşı hər hansı qanun pozuntusuna yol verərsə, deportasiya olunur (ölkədən çıxarılır) və ya yerli ölkənin qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunur ki, bu da 5 il müddətinə ölkəyə girişə qadağa qoyulmasına səbəb olur.

Avropa İttifaqı/Şengen ərazisinə giriş və orada qalma qaydaları pozulması hallarında nə olur?

Ölkədə 90 gündən artıq qalınması halında Şengen ərazisində qeyri-qanuni qalınmış hesab olunur və həmin şəxs readmissiya edilir (Gürcüstana qaytarılır). Bununla bərabər, belə hal baş verərsə həmin vətəndaşa şengen ərazisinə girməyə 5 il müddətinə qadağa qoyulur. Alternativ olaraq 3000 avroya qədər inzibati cərimə də oluna bilər. Cərimənin ödənməməsi halında qanun pozuntusuna yol verən şəxsin müvafiq ölkəyə, və ya Şengen ərazisinə girişi qadağan olunur.

Şengen/Avropa İttifaqı ərazisinə girmək üçün Gürcüstan vətəndaşları
• İctimai qaydalar və ya sağlamlığa, və ya daxili təhlükəsizliyə təhlükə törədəcək şəxslərin siyahısında olmamalıdır;
• Yuxarıda sadalanan ölkələrin ən az birinə girişi qadağan olunmuş şəxslərin siyahısında olmamalıdır;
• Şengen/Avropa İttifaqı üzvü hər-hansı ölkədə Cinayət Məcəlləsinə əsasən minimum 1 il azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırlmış olmamalıdır;
• Haqqında ölkədən çıxarılma (deportasiya) və ya geri qaytarılma (readmissiya) qərarı verilmiş olmamalıdır;
• Cinayət fəaliyyətində iştirak və ya belə niyyət haqqında heç bir dəlil olmamalıdır.

Marina Beroşvili

გაზეთის pdf

სტატიის ქართული ვერსია


| Print |  E-mail
FaceBook Twitter Google


მასალის გამოყენების პირობები

Без перевірок, дзвінків родичам та друзям взяти кредит в Україні пропонують мікрофінансові організації. Перегляньте ТОП компаній в списку.


Онлайн кредит дозволяє уникнути зайвих паперів та черг і саме тому кредит на карту є великим плюсом для сучасних людей. Оформлюйте в МФО.
ამავე კატეგორიაში
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası
ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı "Vaccination4Georgia" layihəsi çərçivəsində məlumatlandırıcı kampaniya həyata keçirdi.
14:09 / 08.12.2022
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin
sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin
direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat
işlərinə qoşulması ilə bağlı olur.
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.
14:30 / 27.02.2017
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
7 yaşlı Novruz Yormuğanlı icmasının Tüllər kəndində yaşayır. Ona
doğuşdan serebral iflic diaqnozu qoyublar və bu günə qədər intensiv
masaj kurslarına ehtiyacı var. Məktəbə getmir. Valideynləri və
yaxınları hesab edir ki, sinifdə olmaq onun üçün üzücü olar.
7 yaşlı Novruz Yormuğanlı icmasının Tüllər kəndində yaşayır. Ona doğuşdan serebral iflic diaqnozu qoyublar və bu günə qədər intensiv masaj kurslarına ehtiyacı var. Məktəbə getmir. Valideynləri və yaxınları hesab edir ki, sinifdə olmaq onun üçün üzücü olar.
11:56 / 30.01.2017
სამართალი
თელავში მომხდარი ორი პირის განზრახ მკვლელობაში ბრალდებულის მიმართ ძებნა გამოცხადდა. როგორც საქართველოს პროკურატურაში აცხადებენ,  მას აღკვეთის ღონისძიების სახით სასამართლომ პატიმრობა შეუფარდა.
13:23 / 26-07-2024
პროკურატურის მიერ წარდგენილი მტკიცებულებების საფუძველზე, არასრულწლოვნის გაუპატიურების ფაქტზე ბრალდებული გურჯაანის რაიონულმა სასამართლომ დამნაშავედ ცნო.
10:21 / 11-07-2024
კაცი, რომელიც გუშინდელ საპროტესტო აქციაზე სპეცრაზმელებმა წააქციეს და ფიზიკურად გაუსწორდნენ, დიმიტრი ბერიძეა.
13:29 / 17-04-2024
ეკონომიკა
ბაკურციხე-გურჯაანის გზაზე ერთი კვირის განმავლობაში მოძრაობა აიკრძალება. ამის შესახებ ინფრომაციას საქართველოს საავტომობილო გზების დეპარტამენტი ავრცელებს.
17:19 / 05-06-2024
საქართველოს 63 მუნიციპალიტეტში, მათ შორის კახეთის რეგიონში, ქალაქებში შესასვლელების აღმნიშვნელი სტენდები მოეწყობა, რომელზეც დამონტაჟდება მუნიციპალიტეტის გერბი, განათებები და ქალაქის დასახელებები.
12:16 / 12-04-2024
სხვა ამბები
თიბისი, სამუშაო პროცესების გაუმჯობესებისა და გამარტივებისთვის, ინოვაციურ მიდგომებს და გადაწყვეტებს მუდმივად ნერგავს. სწორედ ამ მიზნით, კომპანია საერთაშორისო ტექნოლოგიურ კომპანია, Atlassian-თან თანამშრომლობს, რომელიც შემდეგ ინოვაციურ პლატფორმებს აერთიანებს - Jira, Jira Service Management და Confluence.
12:01 / 01-11-2024
ეფექტური ლიდერობა ორგანიზაციის ზრდისა და წარმატებისთვის სასიცოცხლოდ მნიშვნელოვანია. სწორედ ამიტომ, თიბისიმ 2021 წელს ლიდერობის აკადემია დააარსა - მიზანი თანამშრომლებისთვის იმ უნარების განვითარებაზე ზრუნვაა, რომლებიც დღევანდელ დინამიურ გარემოში თავის დამკვიდრებისთვის აუცილებელია. 2021 წლიდან დღემდე, აკადემია ლიდერებს სხვადასხვა საერთაშორისო და ადგილობრივ პროგრამებს, სრული დაფინანსებით სთავაზობს.
16:03 / 03-10-2024
ლიტერატურული პრემია "საბას" ჟიურიმ “საუკეთესო ქართული თარგმანის“ ფინალისტები დაასახელა. 74 საკონკურსო წიგნიდან 13 ფინალისტი გამოვლინდა. „საბა“ თიბისიმ და რატი ამაღლობელმა 2003 წელს დააფუძნეს. წელს კონკურსი 22-ედ ტარდება.
14:57 / 03-10-2024
1 ოქტომბერს თიბისი ბიზნესისა და რითეილ ასოციაციის წარმომადგენლებმა ხელი მოაწერეს ურთიერთთანამშრომლობის მემორანდუმს, რომელიც ითვალისწინებს მცირე და საშუალო ბიზნესის მხარდაჭერას მრავალ ასპექტში.
18:53 / 02-10-2024
თიბისი ბიზნესი განაგრძობს ბიზნესის მხარდაჭერას და ამ მიზნით მორიგ საგანმანათლებლო ტრენინგს სთავაზობს მცირე და საშუალო ბიზნესის წარმომადგენლებს.
16:47 / 03-09-2024
მინი ფეხბურთში სასკოლო ლიგის რეგიონული თამაშები დაიწყო, რომელსაც კახეთში გურჯაანი მასპინძლობს. ჩემპიონატში კახეთის რეგიონის ყველა მუნიციპალიტეტის გუნდები მონაწილეობენ.
14:34 / 21-05-2024
ვალუტა
EUR
EUR
1
3.5859
USD
USD
1
3.2054
GBP
GBP
1
4.2911
TRY
TRY
1
0.2316
RUB
RUB
100
3.2024
ამინდი
გურჯაანი 6 / 14 °C
img
საგარეჯო 5 / 9 °C
img
დ.წყარო 4 / 11 °C
img
სიღნაღი 5 / 12 °C
img
ლაგოდეხი 6 / 11 °C
img
ყვარელი 6 / 14 °C
img
თელავი 6 / 10 °C
img
ახმეტა 5 / 9 °C
img
კალენდარი
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

speqtri.ge შენი ვებგვერდი

Цінуєте свій час і не хоче стояти в чергах, тоді кредит онлайн для вас. Багато банків пропонують спеціальні умови для кредитів онлайн.

მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.

Spill ansvarlig på et regulert casino online casino-no7.com. Casino online gir deg spennende kampanjer og tilbud.