Qeyri hökumət təşkilatlarının dəyərləndirməsinə görə, zorbalıq
yalnız Gürcüstanda deyiil, həmçinin, xaricdə də kəskin hal alıb.
Lakin bizim ölkədə xüsusilə bilik və səlahiyyətin azlığı
nəzərəçarpacaq dərəcədədir. Onların dediyinə görə, dövlət
zorbalığın zərəli təsirləri haqqında kifayət qədər məlumatlandırmır
ki, bu da yalnız qurban deyil, həm də digər şagirdlərin vəziyyətini
daha da pisləşdirə bilər.
2015-ci il martın 27-də Siqnaxi bələdiyyəsinin Dzveli Anaqi kənd
ictimai məktəbinin 5-ci sinif şagirdi oğlan məktəbdən evə gəldikdən
sonra intihar etdi.
Bu faktdan əvvəl uşaqların arasında zorakılıq, yəni zorbalıq baş
vermişdi. Onun məktəb yoldaşları ögey övlad olduğu üçün onu
məsxərəyə qoymuşdular. Həmin vaxt təhsil müəssisəsinin müdiriyyəti
uşaqlar arasında konflikt haqqında məlumatları olduğunu, lakin
qarşıdurmanın məktəb ərazisindən kənarda baş verdiyi üçün
qarışmadıqlarını bildirdilər.
Psixoloqların dediyinə görə, zorbalıq uşağa qarşı sinif yoldaşları
və ya digər qrup tərəfindən həyata keçirilən fiziki və ya psixoloji
zorakılıqdır. Bunun kifayət qədər pis nəticələri olur və bir qayda
olaraq, həm zorbalığı həyata keçirənə, həm də zorbalığa məruz
qalana zərər verir. Qurban ola bilər ki, bütün həyatı boyu bunun
əzabını yaşasın və onda bir çox psixoloji problemlər, o cümlədən,
depressiya və psixosomatika (emosional gərginliyin səbəb olduğu
fiziki xəstəlik və pozuntuları psixosomatik xəstəlik
adlandırırlar)inkişaf etsin. Zorbalığı həyata keçirənlər tez-tez
ailə zorakılığının qurbanı olan insanlardır.
Elnur və Rəhman Yormuğanlı icmasının Düzəyrəm kənd ictimai
məktəbinin onuncu sinif şagirdləridirlər. Deyirlər ki, onların
məktəbində uşaqlar arasında zorakılıq olmur, lakin bilirlər ki,
lazım gələrsə müəllimə və ya direktora müraciət etmək lazımdır.
– “Zorbalığın nə olduğunu bu vaxta qədər bilmirdim, sizdən
öyrəndim. Kiməsə zülm edilməsi pis haldır. Bütün uşaqlar
bərabərhüquqludur və eyni şəraitdə olmalıdırlar. Əgər belə hal baş
verərsə, mütləq müəllimə və ya məktəbimizin direktouna
bildirəcəyik.” – Rəhman Nəsibov deyir.
Elnur Sadiqovun dediyinə görə, əgər zorakılıqla bağlı şagirdlərə
daha çox məlumat versələr, yaxşı olar. “Bizə – uşaqlara
deməlidirlər ki, belə hallarda necə hərəkət etməliyik, özümüzü necə
qorumalıyıq. Əgər məktəbdə kimsə bu mövzuda görüş keçirsə,
məmnuniyyətlə iştirak edərdim.”
Zurab Kartleişvili Muğanlı
məktəbinin müəllimidir. İxtisasca tarixçidir, lakin bu il
səkkizinci və doqquzuncu sinif şagirdlərinə mülki təhsil dərsi
keçir. Deyir ki, tədris proqramı zorbalıq mövzusunu bilavasitə
əhatə etmir, lakin yeniyetmələrə zorakılıq haqqında məlumat
verir.
“Tədris proqramının imkan verdiyi qədər uşaqlara məlumat çatdırırıq
ki, onlar nə məzlum olsunlar, nə də zalım. Biz müəllimlər bundan
artığını bacarmırıq. Demək istəyirəm ki, bizim məktəbdə zorbalıq
halları olmur, lakin hərdən uşaqlar bir-biri ilə mübahisə edir, bu
elə oradaca bitir və ciddi hal almır. Bu il ilk dəfə olaraq bizim
məktəbdə də mandatur var, bunun da böyük əhəmiyyəti var, belə ki
uşaqlar nəzarət altındadırlar.”
Keçən il dövlət mülki təhsil müəllimlərinə hazırlıq keçdi,
təlimlərin mövzusu “Zorbalığın qarşısının alınması və tolerant
mədəniyyətin təşviqi” idi. Seminarda müəllimlər də öz arzularını
bildirdilər. Lakin Yormuğanlı icmasındakı ictimai məktəblərin
müəllimləri iştirak etməyiblər. Onların dediyinə görə, bu haqda
məlumatları olmayıb.
Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin mülki təhsil
məsləhətçisi Nino Beselianın dediyinə görə, görüşlərdə zorbalığın
səbəbləri haqqında, həmçinin, damğa və stereotiplər, ünsiyyət
üsulları, münaqişə və onunhəlli yolları, tolerantlıq və zorakılığın
növləri haqqında söhbət açılırdı.
- “Müəllimlər zorbalığın qurbanlarına necə yardım edəcəklərini
öyrənirdilər. Bütün bunlar interaktiv şəkildə baş verirdi və
ənənəvi mühazirə formasında deyildi. Müəllimlər həm bizim, həm də
beynəlxalq qanunvericiliklə tanış oldular, müxtəlif filmlərə
baxdılar. Təlim iştirakçıları zorakılığın qurbanı olan uşağı necə
tanımağı və kimə müraciət etməli olduqlarını öyrəndilər. Maraqlı
araşdırmalarla tanış oldular və sonra özləri təhsil müəssisələrində
zorakılıq baxımından vəziyyətin necə olduğu barədə nəticəyə
gəldilər. Gələcəkdə mülki təhsil müəllimləri ilə bərabər sinif
rəhbərlərinə də təlim keçmək istəyirik.”
“İnsan Naminə Tərəfdaşlıq” qeyri-hökumət təşkilatının icraçı
direktoru Ana Arqanaşvili deyir ki, mülki təhsil mühüm sahədir,
lakin dövlət yalnız bu fənnin müəllimlərini hazırlamaqla
kifayətlənməməlidir.
- “Mülki təhsil müəllimləri şagirdlərlə həftədə ən çoxu iki saat
görüşür. Əgər təhsil müəssisəsində müdiriyyət və digər müəllimlərin
zorbalıq haqqında məlumatları olmasa, böyük ziddiyət olacaq. Yaxşı
olar ki, hazırlanmış müəllimlər məsuliyyəti üzərlərinə götürələr və
öz əməkdaşlarına da məlumat çatdırardılar. Hər bir məktəbdə
vəsaitin nə dərəcədə effektiv xərcləndiyini ölçmək mühümdür. Bəlkə
də sinif rəhbərlərinin hazırlanması və ya təlimlərə elə
direktorlardan başlamaqdaha yaxşı olardı.”
Ana Arqanaşvilinin dəyərləndirməsinə görə, zorbalıq yalnız
Gürcüstanda deyiil, həmçinin, xaricdə də kəskin hal alıb. Lakin
bizim ölkədə xüsusilə bilik və səlahiyyətin azlığı nəzərəçarpacaq
dərəcədədir.
-“Bu gün zorbalıq haqqında kifayət qədər çox fakt aşkara çıxır,
lakin dövlətin reaksiyası çox azdır. Bildiyim qədər təhsil
müəssisələrində mandatur xidmətində psixoloji xidmət mərkəzi
fəaliyyət göstərir ki, bunun da məqsədi şagirdlərin digər
ehtiyacları ilə bərabər zorbalığın da idarə olunmasıdır. Biz
onlardan müxtəlif zorakılığın qurbanı olan uşaqlar haqqında məlumat
istədik. Aydın oldu ki, məsləhətləşmələrin ümumi sayı 3856 təşkil
edir. Bu məsələlər təsnifləndirilməyib və bizi burdan başa düşə
bilmirik ki, bunlardan neçəsi uşaq neçəsini valideyndir, bilmirik,
psixoloqun işə qarışmasından sonra neçə uşağın həyatı yaxşıya doğru
dəyişib, neçə nəfər həmin məktəbdə qalıb, məsləhətlərinin akademik
nailiyyətlərə necə təsiri olub və s. Bu onu bildirir ki,
aşkarlanmış kömək çox azdır və müfəssəl deyil. Rayonlarda vəziyyət
xüsusilə mürəkkəbdir. Tbilisidə vəziyyət nisbətən yaxşıdır, çünki
orada qeyri-hökumət sektoru işləyir.”
Onun dediyinə görə, dövlət tərəfindən zorbalığın zərərli təsirləri
haqqında kifayət qədər məlumatlandırma aparılmır, bu isə həm
qurbanın, həm də digər şagirdlərdən vəziyyətini daha da pisləşdirə
bilər. Tez-tez zorbalığı həyata keçirənə çoxlu sayda hücumlar olur
ki, bu da düzgün deyil. Tamamilə bütün uşaqlar təcrid olunmamalı və
damğalanmamalıdırlar.
-“Hər iki tərəfdən qoşulmuş uşaq qurbandır və hər ikisiylə eyni cür
işləmək lazımdır. Bəzən təhsil müəssisəsində bu problemə göz
yumurlar. Bu zaman zor bağlı kimə qarşı yönəlmişsə, o, tamamilə tək
qalır. Bu isə ağır nəticələrə gətirib çıxara bilər. Əgər müəllimlər
qarışmasa, təxribatçıya da çevrilə bilərlər.”
Mandatur Xidmətinin Psixoloji Xidmət Mərkəzi Təhsil və Elm
Nazirliyinə tabedir. Bu gün Gürcüstanda cəmi 5 belə mərkəz var:
bunlar Tbilisi, Rustavi, Batumi, Telavi və Qoridə yerləşir. Bu
psixoloqlardan, uşaq psixiatrlarından və sosial işçilərdən təşkil
olunub və davranış, həmçinin emosional problemləri olan uşaqlara və
onların ailə üzvlərinə psixo-sosial xidmət göstərir. Bununla
bərabər, müxtəlif məsələlərinin qaydaya salınmasında, o cümlədən,
həmyaşıdları ilə problemli ünsiyyətin həll olunmasında kömək
edir.
Əgər uşağın şübhəli davranışı olarsa, mandatur sinif rəhbəri ilə
bərabər xüsusi istiqamətləndirmə formasını (uşaq haqqında
məlumatları əhatə edir) doldurur və ümumi bazaya göndərir.
Yeniyetməni psixoloji mərkəzdə yaşadığı yerə görə ayırırlar. Kaxeti
ictimai məktəbinin şagirdlərini Telaviyə yönləndirirlər. Əgər arzu
edərsə, zorbalığı həyata keçirən məsləhətləşmələr keçir. Psixoloji
xidmətin müddəti fərddir, lakin ümumi götürəndə 8-10 görüş təşkil
edir.
Təxminən üç həftə öncə mandatur xidmətinin “Özünü dağıdıcı və
zorakı davranışın aşkarlanması və qarşısının alınması” adlı
layihəsi başlamışdır ki, bunun çərçivəsində bu günə qədər ictimai
məktəblərdə 12 görüş keçirilib. Pilot layihə bir il ərzində
hazırlanıb.
-“Görüşlər bütün məktəblərə – həm ictimai məktəblərə, həm də özəl
məktəblərə aiddir. Görüşlərdə həm müəllimlər və 1-ci sinifdən 9-cu
sinfə qədər şagirdlər, həm də onların valideynləri iştirak edə
bilərlər. Bu bu günə qədər həyata keçirilməmiş böyük layihədir.
Layihənin məqsədi uşaqların özünün və valideynlərinin zorakı
davranışı aşkarlanmasıdır. Onlar reaksiya göstərməyin düzgün
formasını öyrənməlidirlər. Təlimləri mandatur xidmətinin psixoloji
mərkəzi və “Ars Vivendi” qeyri hökumət təşkilatı keçir.” – mandatur
xidməti rəhbərinin müavini Levan Zardiaşvili qeyd edir.
Gürcüstan İctimai məktəblərində zorbalıq hallarının dəqiq statistik
məlumatların yoxdur. Məktəblərdə Təhsil və Elm Nazirliyi və BMT
Uşaq Fondunun birgə həyata keçirdiyi 2007-ci ildəki araşdırmadan
zorakılığın milli araşdırması sonra keçirilməyib.
“Zorbalıq, yəni qorxutma, zülm etmə məktəbdə zorakılığın bütün
dünyada yayılmış formalarından biridir və bu baxımdan Gürcüstan da
istisna deyil. Bu sahədə yaxın keçmişdə araşdırma aparılmayıb.
Məktəblərdə uşağa qarşı zorakılığın milli araşdırması 2007-ci ildə
keçirilib və aydın olub ki, zorbalıq çox hallarda məktəbin
həyətində, məktəbə yaxın dalda yerlərdə, dəhlizlərdə, həmçinin
məktəbə gedən və məktəbdən gələn yollarda baş verir. Bu yerlər
uşağa nəzarət ehtimalının az olduğu yerlərdir. Bu problemlə
mübarizədə hədəf ərazidə (məktəbin idman meydançası, məktəb
yaxınlığında yerləşən ağaclıq ərazi, həmçinin məktəbdəki boş
ərazilər) əlavə nəzarət üçün “qaynar nöqtələr”in olması çox mühüm
olardı.”– BMT Uşaq Fondunun əlaqələndirici proqramının rəhbəri Maya
Kurtsikidze qeyd etdi.
2007-ci ildə həyata keçirilmiş araşdırma müəyyən etdi ki, uşaqların
80 faizi müxtəlif formalı fiziki və psixoloji zorakılığa məruz
qalıb, bunlardan 47 %-nə qarşı zorakılıq bilavasitə məktəbdə həyata
keçirilib.
BMT Uşaq Haqları Konvensiyasına görə, uşaqlar bütün növ
zorakılıqdan qorunma hüquqları var. Dövlət uşaqların müxtəlif
formalı fiziki və psixoloji zorakılıqdan qorumaq üçün bütün
tədbirləri görməlidir. Gürcüstan BMT Uşaq Hüquqları Konvensiyasına
1994-cü ildə qoşulub.
Tamar Kapanadze
სტატიის ქართული ვერსია
გაზეთის პდფ
მასალის გამოყენების პირობები