“Spektr”inYormuğanlı icması ərazisindəki qanunsuz zibillik
problemini işıqlandırılmasından demək olar ki, bir il keçir, lakin
bu vaxta qədər heç nə dəyişməyib. Vəziyyət icmanın üç kəndi
ərazisində, xüsusilə kəskindir.
Yormuğanlı, topdansatış bazarı iki minə qədər ticarətçiyə xidmət
edir. Onlar demək olar ki, Gürcüstanın bütün bölgələrindən həftədə
iki dəfə bura gəlirlər. Bazar intensiv olaraq təmizlənir, lakin
ətraf ərazilərə dağılmış polietilen paketlər və sərt tullantılar
İori çayını çirkləndirir və yerli əhali üçün ekoloji təhlükə
yaradır.
Ləmbəli kəndində qanunsuz zibilliklər problemi kəskin olaraq qalır.
Zibillə dolmuş dərə kəndi iki hissəyə ayırır. Quşlar, heyvanlar,
qoyun sürüləri zibillikdə otlayır.
Qazlar kəndinə gedən yolda da vəziyyət eynidir, məişət
tullantılarından başqa mal peyini, yun, pestisidlər, tikinti
tullantıları da tökülüb yığılıb.
Əhali kömək üçün yenə də yerli hakimiyyətə müraciət edir.
85 yaşlı Mehran Məmmədov həmkəndliləri ilə bərabər, artıq neçə
ildir ki, məişət tullantıları ilə çirkləndirilmiş dərənin problemi
həll etməyə çalışması nəticəsiz olaraq qalır.O, bizimlə söhbətində
bildirdi ki, buna görə hətta heyvanı da ölüb.
“Yalnız bizim kəndin deyil, digər kəndlərin sakinlərin də
zibillərini gətirib bura atır. Yayda üfunət olur, yaxınlıqda
yaşayanları gəmiricilər də narahat edir. Bundan başqa, zibilə
quşlar və heyvanlar da buraxılır, elə hal olub ki, inək “sellofan”
yeyib və onu xilas etmək mümkün olmayıb. Bizə heç kəs diqqət
yetirmir. Kənddə zibil qutuları olmadığından və bura zibil
maşınları gəlmədiyindən, xalq məcbur olaraq tullantıları dərəyə
tökür. Nə etsinlər, həyətlərində toplayası deyillər ki. Bəzilərini
maşında yoxdur ki, harasa aparsın, uzaqlara atsın.”
Bu məsələ ilə bağlı Qazlar kəndin sakinləri də danışdılar. “Bizə
baxan yoxdur, kəndə doğru gedəndə bütün yol boyu kisələr və
torbalar tökülüb. Hər şeyi bir kənara, ayıbdır, minlərlə başqa
insan gəlir və görürlər. Gecələr qonşu kənddən zibil gətirib
gizlincə tökürlər. Polietilen torbadan başqa ora şprislər, köhnə
dərmanlar da töküblər, o əraziyə kimi qoyunlarını, kimi inəklərini
otarmağa aparır. İnəklər bu tullantılar yeyib ölürlər. Dövlət buna
nəzarət edəcək qurum yaratmalı, qanunu pozanı cərimələməlidir.”
Assosiasiya sazişi zibilliklərlə bağlı ölkəmizin qarşısına müəyyən
öhdəliklər qoyur. Gürcüstan Ətraf Mühit və Təbii Ehtiyatların
Mühafizəsi Nazirliyindən bildirdiklərinə görə, 2016-cı il milli
fəaliyyət planına uyğun olaraq “Tullantıların toplanması,
daşınması, ilkin emalı müvəqqəti saxlanmasının qeydiyyatı qaydaları
və şərtləri haqqında”, “tullantıların daşınması ilə əlaqədar
tələblər haqqında” və “bələdiyyə tullantılarının toplanması və
ilkin emalı qaydaları haqqında” layihələri hazırlanıb.
“Bu tamamilə yeni bir tələbdir. Tullantıların toplanması və
daşınması qaydaları qeydiyyata alınmalıdır. Qeydiyyat yalnız
jurnala daxil etmək deyil, bu yüngül icazədir. Tullantıların emalı
icazə məsələsidir, lakintoplayanlar, daşınma və b. qeydiyyata
alınmalıdır. Qanuna bir yanvardan etibarən qüvvəyə minəcək
dəyişiklik edilib. Bütün bunlar elektron bazada əksini tapmalıdır.
Bizim nazirlikdə vahid baza yaradılmalı olduğu üçün proses bir az
uzandı. Tender elan olundu. Qalib gəlmiş şirkət hal-hazırda sistemi
necə quracağı üzərində çalışır. Buna görə də hakimiyyətə vaxtın
uzadılması ilə bağlı müraciət etdik, Parlament hələ müzakirə
etməyib və buna görə də nə vaxt başlayacağı ilə bağlı bir şey deyə
bilmərəm. Yəqin ki, proses gələn ilə təxirə salınacaq.” –
nazirlikdən bildirdilər.
Yormuğanlı icmasının problemləri Saqareco bələdiyyəsinin icra
hakimiyyətinə yaxşı məlumdur. Hələ bu ilin yanvarında yerli özünü
idarə orqanından bildirmişdilər ki, bu məntəqədə zibil qutularının
qoyulması, zibil daşıyan maşınların və müvafiq texnikanın ayrılması
2017-ci il üçün nəzərdə tutulub.
Bu məsələnin yeni büdcədə nəzərə alınıb alınmaması ilə bağlı sualla
Saqareco bələdiyyəsinin rəhbərinə müraciət etdik. Bizimlə
söhbətində QiorqiQzirişvili bildirdi ki, bələdiyyə məclisi məsələni
artıq müzakirə edib.
“Bu bizim hakimiyyətin yerinə yetirdiyi vədlərlə proporsionaldır.
Qısa bir müddətdən sonra bizə iki yeni zibil daşıyan maşın və 100
zibil qutusu veriləcək. Fikrimcə, Yormuğanlının məişət
tullantılarını bu texnika ilə daşınacaq. Bu mövzuda artıq
hakimiyyətlə iş aparılır. Məsələ bələdiyyə məclisinə də çıxarılıb
və müsbət həllini tapıb. Qalanı isə maşınların nə zaman
veriləcəyindən asılıdır.”
Qeyd olunan texnikanın alınması üçün bələdiyyə rəhbərliyi Dünya
Bankından 129 892 avro məbləğində kredit götürüb ki, bunu da 10 il
ərzində ödəməlidir.
Marina Beroşvili
სტატიის ქართული ვერსია
გაზეთის pdf
მასალის გამოყენების პირობები