სპექტრის დამატება
MƏKTƏBLƏRDƏ İNKLUZİV TƏHSİL – VALİDEYNLƏR UŞAQLARA STATUSUN VERİLMƏSİNƏ NİYƏ QARŞIDIRLAR
Qara, bir az qəmli gözlərlə parta arxasında oturur və rəsm dəftərini nəzərdən keçirir. Bizi görüb utanır. Onun haqqında bizə sinif rəhbəri Elmira Elbəyili danışır. Deyir ki, dərslərdən heç vaxt qalmır. Riyaziyyat dərslərinə həvəslə çalışır. Yaxşı yazır və təsviri incəsənəti sevir.
Qızın həvəslərindən biri rəsm çəkməkdir. Əsasən şahzadələr çəkir. Bunlardan birinin adı mütləq onunkudur.

Onunla ünsiyyət qurmağa yalnız dil baryeri üzündən deyil, həmçinin eşitmə probleminin olması və hər iki qulağı üçün eşitmə avadanlığına ehtiyac olması üzündən çətinlik çəkdik. O, xüsusi təhsilə ehtiyacı olan şəxs statusundan faydalanır və xüsusi müəllimə ehtiyacı var, bununla belə bu vəzifə hələ də boşdur.

Saqareco bələdiyyəsi Yormuğanlı kənd açıq məktəbinin direktoru Qazax Abdullayevin dediyinə görə, inkluziv uşaqlar üçün xüsusi müəllim vəzifəsinə artıq üç dəfə qəbul elan ediblər, lakin bu günədək heç kəsi seçə bilməyiblər.
-“Bizim bura nazirlikdən nümayəndə, psixoloq gəlmişdi, o, dedi ki, inkluziv şagirdin müəllimi başqa dərslərlə yüklənməməlidir. Bizim mülki təhsil müəllimimiz var, onun cəmi 10 saat dərsi var, lakin onun təyin olunmasına etiraz etdilər. Əməkhaqqı da 280 laridir, bu kiçik məbləğə işləməyə kim gələr?”

Məktəbdə inkluziv uşaqlar üçün xüsusi müəllim olmadığına görə, müdiriyyət qəyyumlar şurasının razılığı ilə fərdi təhsil planı tərtib edib ki, bu da həmin şagirdin ehtiyaclarına uyğunlaşdırılıb.

Xüsusi müəllimin seçilməsi bir nəfər inkluziv şagirdin təhsil aldığı Ləmbəli kənd açıq məktəbi üçün də problemdir. Direktorun dediyinə görə, müraciət edənlər tələbatlara cavab verə bilmirlər.
-“Yaxın vaxtlarda yenə də elan verəcəyik, bəlkə kimisə seçə bildik. Müəllim mütləq həm Gürcü, həm də Azərbaycan dilini bilməlidir ki, uşaqla ünsiyyət qura bilsin. Buna qədər isə, bura nazirliyin nümayəndəsi, psixoloq gəlmişdi, o, həmin uşağa dərs deyən müəllimlərlə görüşdü və onlara həmin uşaqla necə işləməli olduqlarını izah etdi.” – DavitRostomaşvili deyir.

İnkluziv təhsilin inkişafı idarəsinin rəhbəri EkaterineDqabuadze xüsusi təhsilə ehtiyacı olan uşaq üçün müəllimin seçilməsi zamanı vacib olan prosedurlara aydınlıq gətirir.
-“Əgər məktəbdə xüsusi təhsilə ehtiyacı olan uşaq olarsa və məktəbin xüsusi müəllim və ya psixoloq kimi əlavə insan resurslarına ehtiyacı olarsa, həmin məktəb Təhsil Nazirliyinə məktub göndərir və belə bir ştatın əlavə olunmasını tələb edir, bundan sonra is kadr seçmək üçün açıq müsabiqə elan edilməlidir. Bizim tövsiyəmiz bir az təcrübəli kadrların seçilməsi yönündədir, buna görə də komissiyaya çoxistiqamətli komandanın üzvü də cəlb olunmalıdır.
Əgər ilk dəfədən kadr seçilmədisə, o zaman yeni müsabiqə elan olunur və məktəb bu prosedurları yenidən keçir.
Şagirdin xüsusi müəllimin dəstəyinə ehtiyac duyduğu istənilən vaxt belə peşəkar kadr ehtiyatları ilə təmin olunması arzuolunandır.
Bu gün etibarilə xüsusi müəllimin də digər inzibati əməkdaşlar kimi əlavə dərs saatı götürmək hüququ var. Ona bunun qadağan olunması heç bir yerdə yazılmayıb. lakin biz onun əlavə saatının olmamasını tövsiyə edirik ki, o, inkluziv təhsil prosesinə fəal şəkildə qoşulsun.”

Yormuğanlı açıq məktəbinin müəllimləri bildirirlər ki, məktəbdə xüsusi təhsillə ehtiyacı olan bir neçə şagird var, lakin, onların müvafiq statusu yoxdur.
-“Mənim sinfimdə görmə problemi olan şagird var, kifayət qədər yaxın məsafədən fiqurları qavramaqda çətinlik çəkir.
Həmçinin sinif yoldaşları ilə münasibət qurmayan şagirdim də var, qapalı uşaqdır. Mənimlə də ünsiyyətə girmir, nə etməli olduğunu başa sala bilmirəm, digər müəllimlərlə də problemləri var, fikrimcə onun da xüsusi müəllimə ehtiyacı var.
44 ildir ki, ibtidai sinif müəllimiyəm, hər cür şagirdlərastlaşmışam və həmişə də çıxış yolu tapmışam, lakin onlarla işləmək çox çətindir” – həmin məktəbin ibtidai sinfinin rəhbəri Durna Mərdanova dedi.

Direktorun dediyinə görə, məktəbdə cəmi 1270 şagird təhsil alır, onlardan təxminən 8-10 nəfəri inkluziv şagirddir. Bununla belə, yalnız birinin müvafiq statusu var. Qazax Abdullayev deyir ki, problem valideynlərdədir.
-“Xalqın mentaliteti belədir, uşaqlarının problemi olduğuna inanmaq istəmirlər. Bizə bu uşaqların səhhəti haqqında məlumat verə biləcək “Forma 100” lazımdır, lakin bu sənədlər yoxdur.
Bizim məktəbin binası 600-700 nəfər üçün nəzərdə tutulub. İnkluziv uşaqlar üçün ayrıca otaq lazımdır ki, bu da bizdə yoxdur, lakin müvafiq infrastruktur yaratmağa kömək etsələr, öz kabinetimi də verərdim. Həmçinin, müəllim seçməliyik və sonra valideynlərə izah edə bilərik ki, bu onların uşaqları üçündür. Ola bilsin ki, bundan sonra onlar inanalar.”

İnkluziv Təhsilin İnkişafı İdarəsinin rəhbəri deyir ki, resurs otağın təmiri və müvafiq təhsil resursları ilə təmin olunması məktəbin səlahiyyətindədir.
-“Uşağın statusu olduğuna görə bu məktəb avtomatik olaraq əlavə maliyyə alır. Fikrimcə bir otaq ayırmaq, bu əlavə köçürülən vəsaitlə təmir etmək və müvafiq təhsil resursları ilə təchiz etməkonlar üçün problem olmamalıdır. Bu məktəbin vəzifəsidir. Onlar daha çox müəllim təyin olunana qədər bu məbləği toplamağı və müəllimə maaş olaraq ödəməyi üstün tutur.
Hansı təhsil resurslarına ehtiyac olduğunu müəyyənləşdirmək üçün Kaxeti çoxistiqamətli qrupa müraciət etməlidirlər. Bundan başqa, bu siyahını bütün açıq məktəblərə göndərmişik.”

Ləmbəli açıq məktəbində 1070 şagird təhsil alır və cəmi 1 nəfər inkluziv şagird var. Lakin valideynləri uşaqlarının xüsusi müəllimə ehtiyacının olduğuna inandırmaq burada da çətin məsələyə çevrilib.
-“Bizim məktəbin şagirdlərindən birinin hərəkəti qeyri adekvat olaraq dəyərləndirilə bilər. Müəllimlərə də, şagirdlərə də çətinlik yaradır. Müəllim əlindən tutur və dərsi o cür izah edir ki, nə isə etməsin. Bu şagirdin ta əvvəldən belə hərəkətləri var idi, lakin valideyn onun uşağının xüsusi müəllimə ehtiyacı olmasını qəbul edə bilmir. Uşaq əsasənbabası ilə yaşayır və o diqqət yetirir. Vəziyyəti izah etdik, bizim məsləhətimiz və özlərinin də istəyi ilə nəhayət həkimə apardılar. Onun sənədlərini keçən il aldıq. Həkimin nəticəsi gələn kimi nazirliyə bu barədə məlumat verdik. Sentyabrdan ştat əlavə etdilər və biz də işə qəbul elan etdik,” – məktəbin direktoru DatoRostomaşvili bildirdi.

İnkluziv Təhsilin İnkişaf Mərkəzinin rəhbəri EkaterineDqebuadzenin dediyinə görə, uşağın qiymətləndirilməsi üçün valideynin icazəsi vacibdir. Əks halda onların buna hüququ yoxdur.
-“Təhsil statusunun müəyyənləşdirilməsi ilə bağlı qiymətləndirmə valideynin icazəsi əsasında olmalıdır. Əlbəttə, məktəbin təşəbbüsü də lazımdır, lakin buna valideynin razılığı də əlavə olunmalıdır. Bizim müvafiq müraciət formamız var ki, valideyn də bunu doldurur və imzalayır, bu sənəd də Təhsil Nazirliyinə göndərilir. Bununla belə məktəb referatlaşdıra bilər və sosial xidmət agentliyinə müraciət edə bilər.”

Sosial Xidmət Agentliyinin Qəyyumluq-Himayədarlıq və Sosial Proqram departamentindən bildirdilər ki, onların xidməti belə hallarda o zaman qoşulur ki, uşaq dövlət himayəsində olsun.
-“Bizdə belə hal olub ki, məktəb müraciət edib və bildirib ki, uşaq dövlət himayəsindədir və belə xidmətə ehtiyacı var. Belə vəziyyətdə biz komissiyaya müraciət etməliyik ki, uşağa status versin. Məhz bu zaman biz işə qoşuluruq.
Əgər uşağın qanuni nümayəndəsi varsa, o zaman bu məsələ valideyn və məktəb arasında həll olunmalıdır. Əgər valideyn uşağının belə ehtiyacı olduğunu başa düşmürsə, məktəb bunu göstərməlidir. Bununla belə, əgər məktəb valideynin uşağı ayaqlar altına aldığını və onun fundamental hüquqlarının pozulduğunu hesab edirsə, bu motiv əsasında, həmçinin referatlaşdırmaçərçivəsində valideynin uşağın hüququnu pozması ilə bağlı Sosial Xidmət Agentliyinə müraciət edə bilərlər, lakin bu əsaslandırılmış olmalıdır.
Əlbəttə, biz valideyni heç bir şeyə məcbur edə bilmərik, lakin məktəb tərəfindən uşağın təhsil sahəsində fundamental hüquqlarının pozulması ilə bağlı müraciət daxil olsa və görsək ki, uşaq daha oxumur, məktəbdən çıxarılıb, məktəbə gələ bilmir, lakin valideyn bunu başa düşmür və səbəbini başqa yerdə axtarır, əlbəttə, belə müraciətdən sonra sosial xidmət işçisi gedib valideynlə söhbət etməsi, uşaqların hüquqlarını izah etməsi mümkündür. Bununla belə, məktəbin də eyni öhdəliyi var.
Həmçinin, məktəbin mandaturun psixoloji mərkəzinə müraciət etməsi də mümkündür və ehtiyac olarsa, bizə yönləndiriləcəklər. Ola bilər ki, bu uşağın daha kompleks qiymətləndirməyə ehtiyacı var,” – bizimlə söhbətində Sosial Xidmət Agentliyinin Qəyyumluq-Himayədarlıq və Sosial Proqramlar departamentinin rəhbəri Mari Tsereteli bildirdi.

İnkluziv uşaqlar Saqarecoda 18 açıq məktəbdə təhsil alırlar, bunlardan yalnız Yormuğanlı və Ləmbəli kəndlərində xüsusi müəllim seçə bilməyiblər.

P.S.
Əgər sizin övladınızın xüsusi müəllimin köməyinə ehtiyacı olduğunu düşünürsünüzsə, məktəbin müdiriyyətinə müraciət edin. Xüsusi formanı tələb edin, sizin, həmçinin, övladınızın məlumatlarını yazın və imzalayın.
Həmin sənədi, həmçinin,sizin övladınızın müəllimləri də doldurur və Saqareco Təhsil Resurs Mərkəzi bu məlumatları müvafiq orqana göndərir, bundan sonra isə sizin övladınız komissiyadan keçir və ehtiyac olarsa, status verilir. Ona təhsil prosesində kömək edəcək xüsusi müəllim təyin olunur.






NataliyaBarbakadze


სტატიის ქართული ვერსია

გაზეთის  pdf
| Print |  E-mail
FaceBook Twitter Google
თეგები sagarejo / iormuganlo /


მასალის გამოყენების პირობები

Без перевірок, дзвінків родичам та друзям взяти кредит в Україні пропонують мікрофінансові організації. Перегляньте ТОП компаній в списку.


Онлайн кредит дозволяє уникнути зайвих паперів та черг і саме тому кредит на карту є великим плюсом для сучасних людей. Оформлюйте в МФО.
ამავე კატეგორიაში
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası
ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı "Vaccination4Georgia" layihəsi çərçivəsində məlumatlandırıcı kampaniya həyata keçirdi.
14:09 / 08.12.2022
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin
sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin
direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat
işlərinə qoşulması ilə bağlı olur.
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.
14:30 / 27.02.2017
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza
liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər
ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət
edə biləcəklər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
11:17 / 27.02.2017
სამართალი
თელავში მომხდარი ორი პირის განზრახ მკვლელობაში ბრალდებულის მიმართ ძებნა გამოცხადდა. როგორც საქართველოს პროკურატურაში აცხადებენ,  მას აღკვეთის ღონისძიების სახით სასამართლომ პატიმრობა შეუფარდა.
13:23 / 26-07-2024
პროკურატურის მიერ წარდგენილი მტკიცებულებების საფუძველზე, არასრულწლოვნის გაუპატიურების ფაქტზე ბრალდებული გურჯაანის რაიონულმა სასამართლომ დამნაშავედ ცნო.
10:21 / 11-07-2024
კაცი, რომელიც გუშინდელ საპროტესტო აქციაზე სპეცრაზმელებმა წააქციეს და ფიზიკურად გაუსწორდნენ, დიმიტრი ბერიძეა.
13:29 / 17-04-2024
ეკონომიკა
ბაკურციხე-გურჯაანის გზაზე ერთი კვირის განმავლობაში მოძრაობა აიკრძალება. ამის შესახებ ინფრომაციას საქართველოს საავტომობილო გზების დეპარტამენტი ავრცელებს.
17:19 / 05-06-2024
საქართველოს 63 მუნიციპალიტეტში, მათ შორის კახეთის რეგიონში, ქალაქებში შესასვლელების აღმნიშვნელი სტენდები მოეწყობა, რომელზეც დამონტაჟდება მუნიციპალიტეტის გერბი, განათებები და ქალაქის დასახელებები.
12:16 / 12-04-2024
სხვა ამბები
თიბისი, სამუშაო პროცესების გაუმჯობესებისა და გამარტივებისთვის, ინოვაციურ მიდგომებს და გადაწყვეტებს მუდმივად ნერგავს. სწორედ ამ მიზნით, კომპანია საერთაშორისო ტექნოლოგიურ კომპანია, Atlassian-თან თანამშრომლობს, რომელიც შემდეგ ინოვაციურ პლატფორმებს აერთიანებს - Jira, Jira Service Management და Confluence.
12:01 / 01-11-2024
ეფექტური ლიდერობა ორგანიზაციის ზრდისა და წარმატებისთვის სასიცოცხლოდ მნიშვნელოვანია. სწორედ ამიტომ, თიბისიმ 2021 წელს ლიდერობის აკადემია დააარსა - მიზანი თანამშრომლებისთვის იმ უნარების განვითარებაზე ზრუნვაა, რომლებიც დღევანდელ დინამიურ გარემოში თავის დამკვიდრებისთვის აუცილებელია. 2021 წლიდან დღემდე, აკადემია ლიდერებს სხვადასხვა საერთაშორისო და ადგილობრივ პროგრამებს, სრული დაფინანსებით სთავაზობს.
16:03 / 03-10-2024
ლიტერატურული პრემია "საბას" ჟიურიმ “საუკეთესო ქართული თარგმანის“ ფინალისტები დაასახელა. 74 საკონკურსო წიგნიდან 13 ფინალისტი გამოვლინდა. „საბა“ თიბისიმ და რატი ამაღლობელმა 2003 წელს დააფუძნეს. წელს კონკურსი 22-ედ ტარდება.
14:57 / 03-10-2024
1 ოქტომბერს თიბისი ბიზნესისა და რითეილ ასოციაციის წარმომადგენლებმა ხელი მოაწერეს ურთიერთთანამშრომლობის მემორანდუმს, რომელიც ითვალისწინებს მცირე და საშუალო ბიზნესის მხარდაჭერას მრავალ ასპექტში.
18:53 / 02-10-2024
თიბისი ბიზნესი განაგრძობს ბიზნესის მხარდაჭერას და ამ მიზნით მორიგ საგანმანათლებლო ტრენინგს სთავაზობს მცირე და საშუალო ბიზნესის წარმომადგენლებს.
16:47 / 03-09-2024
მინი ფეხბურთში სასკოლო ლიგის რეგიონული თამაშები დაიწყო, რომელსაც კახეთში გურჯაანი მასპინძლობს. ჩემპიონატში კახეთის რეგიონის ყველა მუნიციპალიტეტის გუნდები მონაწილეობენ.
14:34 / 21-05-2024
ვალუტა
EUR
EUR
1
3.5859
USD
USD
1
3.2054
GBP
GBP
1
4.2911
TRY
TRY
1
0.2316
RUB
RUB
100
3.2024
ამინდი
გურჯაანი 6 / 18 °C
img
საგარეჯო 6 / 16 °C
img
დ.წყარო 4 / 13 °C
img
სიღნაღი 4 / 18 °C
img
ლაგოდეხი 4 / 15 °C
img
ყვარელი 6 / 18 °C
img
თელავი 6 / 17 °C
img
ახმეტა 6 / 17 °C
img
კალენდარი
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

speqtri.ge შენი ვებგვერდი

Цінуєте свій час і не хоче стояти в чергах, тоді кредит онлайн для вас. Багато банків пропонують спеціальні умови для кредитів онлайн.

მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.

Spill ansvarlig på et regulert casino online casino-no7.com. Casino online gir deg spennende kampanjer og tilbud.