Saqareco bələdiyyəsinin Yormuğanlı icmasının əhalisidərmanların
baha olmasından söhbət açır və bildirirlər ki, problem daim
mövcuddur, onun həlli yolları isə hələlik görünmür.
Muğanlı kəndinin sakini 49 yaşlı Alan Talıbov bir müddət əvvəl
onurğasından əməliyyat olunub, görmə ilə bağlı problemi var. Deyir
ki, daimi müalicəyə ehtiyacı var, lakin dərmanlar bahalı olduğuna
görə ala bilmir. Fiziki iş görə bilmir, yeganə gəliri səhhətinə
görə nəzərdə tutulan 100 larilik təqaüddür.
Alanın dediyinə görə, kənddə dərmanların qiyməti, rayon mərkəzinə
nisbətən bahadır, onu da qeyd edir ki, digər əczaxanalarda da
qiymətlər münasib deyil.
-“Nə isə lazım olsa, Ləmbəli və Keşəliəczaxanalarından alıram,
lakin dərmanlar çox bahadır. Saqareco əczaxanalarında seçim çoxdur,
qiymətləri də fərqlidir, buna görə də soruşuram, harada nisbətən
ucuzdur, ora gedirəm.”
Dərmanların bahalığı və qiymətlərinin müxtəlifliyi haqqında Qazlar
kəndinin sakinləri də danışırlar. Cahan Məmmədovanın ürəyi narahat
edir və buna görə də daim müalicə altında olmalıdır.
-“Nəfəs darlığım var və səhərləri çox çətin açıram. Həmişə dərman
lazım gəlir. Baha olduğuna görə təqaüdüm da dərman almağa çatmır.
Ailəm böyükdür və indi də bu problemi əlavə olunub. Kəndimizdə
əczaxana yoxdur və buradan Saqarecoya getmək üçün pul lazımdır.
Endirim kartından da istifadə edirəm, lakin dərmanlar yenə də çox
baha başa gəlir. Hakimiyyət mütləq diqqət yetirməlidir ki,
qiymətlər tənzimlənsin. Xalq elə də ehtiyac içində yaşayır və bir
tərəfdən də bu problem əlavə olunur.”
Spektr mövzu ilə maraqlandı və bir neçə əczaxana şəbəkəsində belə
xəstələr üçün mühüm olan dərmanların qiymətlərini yoxladı.
Bronxial astmanın müalicəsi üçün nəzərdə tutulan və reseptsiz
satılan Puroksan preparatının qiyməti dörd əczaxanada radikal
şəkildə fərqlənirdi. Bir ədəd həbin minimal qiyməti 1,37, maksimal
qiyməti isə 1,81 laridir.
Cahan Məmmədova müntəzəm olaraq bu qrupa aid olan preparatlar qəbul
edir. Bundan başqa, ona kardioloji vasitələr də lazımdır ki, bunun
alınması da onun ailəsi üçün elə də asan deyil.
Yerli sakinlərin bildirdiyi problemlərdən biri də odur ki, həkimlər
çox vaxt xəstələrə elə dərmanlar təyin edirlər ki, o dərmanların
distribüteriləri ilə müəyyən müqavilələr bağlayıblar.
Dərmanların qiymətinə nəzarət edən Dövlət Xidmətinin olub olmaması
ilə bağlı Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi ilə
əlaqə saxladıq. Onların bildirdiyinə görə, bu dərman agentliyinin
səlahiyyətlərinə daxildir. Lakin aydın oldu ki, qiymətlərə onlar da
nəzarət etmir. Dərman agentliyində bildirirlər ki, onların
səlahiyyətilərinə yalnız dərmanların keyfiyyətinə nəzarət
daxildir.
Struktur formalaşma və əlavə nəzarətə ehtiyac olması ilə bağlı
qeyri hökumət təşkilatlarının nümayəndələri danışdılar.
-“Gürcüstan Avropa İttifaqı ilə Assosasiya sazişi imzalayıb və
uzunmüddətli perspektivdə yəqin ki, üzv də olacaq. Buradan irəli
gələrək ki, əgər Avropa İttifaqına üzv ölkələri götürsək,
dərmanların qiymətinə bu və ya digər şəkildə hər yerdə nəzarət
olunur. Ümumiyyətlə, tənzimləmənin bazarda olan boşluqları birtəhər
düzəltmək funksiyası var. Dərman qiymətlərinə hər zaman nəzarət
olunmalıdır, çünki əczaçılıq şirkətləri böyük gəlirlər əldə
edirlər. Ümumiyyətlə, səhiyyə sahəsində çox böyük problemlər var.
Strategiyanın işlənib hazırlanması ilə məşğul olan dövlət idarəsi
olmalıdır. Başqa cür, öz arzuları ilə, əczaçılıq şirkətləri
qiymətləri tənzimləyə bilməz. Lakin bəzən strategiya işlənib
hazırlanır, lakin onun həyata keçirilməsini heç kəs öz öhdəsinə
götürmür. Buna görə də qeyri hökumət təşkilatı olaraq nə qədər
danışsaq da heç nə dəyişməyəcək.” – bizimlə söhbətində
WelfareFoundation təşkilatının icraçı direktoru SimonQabriçidze
bildirdi.
Onun dediyinə görə, dərmanların rasional istifadəsi istiqamətində
də nəzarət olmalıdır.
-“Səhiyyədə ümumi xərclərin kifayət qədər böyük hissəsi – 45 faizi
dərmanlara gedir, digər ölkələrdə isə bu nadir hallarda olur. Bu
isə birbaşa onu göstərir ki, bu sahədə tənzimləmələr qaydasında
deyil. Əczaçılıq şirkətlərinin həm həkimlərə, həm də aqressiv
marketinqdən irəli gələrək əhaliyə təsiri çox güclüdür. Yalnız
qiymətlər yuxarı deyil, tez-tez ortaya çıxan problemlərdən biri də
həkimlərin xəstəyə ehtiyac olduğundan artıq dərman təyin etməsidir,
çünki onların maddi maraqları var. Belə hallar Gürcüstanda geniş
yayılmışdır. Əczaçılıq şirkətləri həkimlərə güclü təsir göstərir,
bu isə dərmanların əhali arasında qeyri-rasional şəkildə
istifadəsinə səbəb olur.
İndiki dövrdə insanı dərmanlara ehtiyac duymayacaq dərəcədə sağalam
təsəvvür etmək mümkün deyil. Xəstənin həkimin təyin etdiyi dərmanın
az olduğunu və müalicəyə kifayət etməyəcəyini hesab etməsi halları
da tez-tez baş verir. Bu istiqamətdə də insanları maarifləndirmək
lazımdır. Başqa cür arzu olunan nəticəni əldə etmək çox
çətindir.”
Həkimlərin əczaçılıq şirkətləri ilə müqavilə bağlanmasını Muğanlı
ambulatoriyasının meneceri, ailə həkimi Bəşir Mahmudov inkar edir.
O, müəssisədə belə faktların mövcud olmasının mümkün olmadığını
bildirir və deyir ki, heç kəs ilə belə müqavilə bağlanmayıb. Lakin
qeyd edir ki, distributorlar onların ambulatoriyasını tez-tez
ziyarət edir.
-“Bu düzgün yanaşma deyil. Şəxsən mən belə bir şeyə heç vaxt
cəsarət etmərəm. Mənim üçün böyük ayıb olar ki, mən kiməsə dərman
yazım, sonra oradan pul alım. Başqa yerdə nə baş verir, bilmirəm,
amma bizdə belə hallar olmur. Şirkət nümayəndələri bizim
ambulatoriyaya tez-tez gəlirlər, lakin mənim mövqeyimi bildikləri
üçün mənə heç nə demirlər. Başqa həkimlər nə edirlər, bunu deyə
bilmərəm.” – o, qeyd etdi.
Dərmanların qiymətinin fərqli olması ilə bağlı əczaxana sahibləri
də danışdılar və bildirdilər ki, heç bir idarə və qiymətlərə
nəzarət edə bilməyəcək.
“Aversi, PSP özəl şirkətlərdir. Onlar dərmanları özləri hazırlayır
və satış üçün bazara daxil edirlər. Ona görə də qiymətləri də
özləri qoyurlar. Başqa şirkətlər də onlardan dərman alanda, əlbəttə
ki, özləri də qiyməti artırır. Bundan irəli gələrək belə
fikirləşirəm ki, qiymətlərə nəzarət çətin olacaq. Ümumiyyətlə
fikirləşmirəm ki, hansısa idarə bu işlə məşğul olmaq istəsin.”
Aversidən bildirdilər ki, sərt rəqabət və larinin inflyasiyası ilə
əlaqədar olaraq dərmanların qiymətinə əlavələr minimaldır. “Bundan
aşağı qiymətə işləmək mümkün deyil. Bu sahədən kimin məlumatı var,
onlar yaxşı bilir. İdarənin yaradılmasına gəlincə isə bizim heç bir
etirazımız yoxdur.” – Aversi klinikasının mətbuat və ictimaiyyətlə
əlaqələr xidmətinin rəhbəri Lali Breqvadze bildirdi.
Bu məsələ ilə bağlı Spektr PSP ilə də əlaqə saxladı, lakin onlar
hər hansı şərh vermək istəmədilər.
Marina Beroşvili
სტატიის ქართული ვერსია
გაზეთის pdf
მასალის გამოყენების პირობები