Saqareco, Yormuğanlı icması, Qazlar kəndi... Kəndin girəcəyində
“birja”da yerli sakinlər toplaşıb və müxtəlif aktual məsələləri
müzakirə edirlər. Biz də onların müzakirəsinə qoşuluruq. Bu
günlərdə Hepatit C xəstəliyinin qarşısının alınması proqramı
haqqında aktiv şəkildə söhbətlər getməsindən irəli gələrək, orada
yaşayan etnik azərbaycanlıların bu xəstəlik haqqında nə bildikləri
və onların bu proqrama qoşulmağa nə dərəcədə hazır olduqları ilə
maraqlandıq.-ər onlarda pulsuz skrininq (müayinə) də keçirilməyib.
Xəstəlik haqqında az-çox Elbəyi Əliyevin məlumatı var. Bilir ki,
Hepatit C keçicidir, lakin hansı yolla yayıldığını dəqiq deyə
bilmir. Deyir ki, ailə üzvlərinin təhlükəsizliyi üçün bu virusun
daşıyıcısı olub olmadığını mütləq bilməlidir.
-“Bütün dünya bu xəstəliyin azaldılması barəsində düşünür.
Dərmanlar pulsuzdur, bizim ölkəmiz də bunun qayğısına qalır. Ailədə
2 kiçikyaşlı nəvələrim yaşayır, yaxşı olardı ki, onlara keçməməsi
üçün elə indi biləydim bu xəstəlik var yoxsa yox. Hepatitə inkişaf
etməyə imkan verməməliyik. Hələ kimdəsə bu xəstəliyin olduğu barədə
eşitməmişəm, amma eşitsəm ki, kiminsə hepatiti var, mütləq dəstək
olaram ki, ürəyi qırılmasın.” – Elbəyi Əliyev deyir.
73 yaşlı Əlixan Həsənov Qazlar sakinidir. Ailədə ondan başqa 14
nəfər yaşayır. Hepatit C haqqında ətraflı məlumatı yoxdur. Deyir
ki, əgər onların kəndində müayinə aparılsa, o, da, ailəsi də mütləq
iştirak edəcək.
-“Hepatit C nə xəstəlik olduğunu bilmirəm, lakin əgər müayinə lazım
olsa, həm də pulsuz analiz götürürlərsə, əlbəttə gedərik.
Eşitməmişəm ki, kəndimizdə kimdəsə bu xəstəlik olsun.”
Baxmayaraq ki, çoxlarının bu xəstəliyin xüsusiyyəti və Səhiyyə
Nazirliyinin həyata keçirdiyi müalicə proqramın haqqında məlumatı
yoxdur, bu aksiyaya qoşulmağa hazır olduqlarını bildirirlər.
-“Düşünürəm ki, bizim kənddə bu xəstəlik ümumiyyətlə aşkarlanmayıb.
Əgər həkimlər gəlib pulsuz müayinə keçirsə, niyə də getməyək. Ola
bilər ki 30% getməsin, amma 70% gedər. Əgər kimdəsə aşkarlansa və
pulsuz müalicə olunsa, sonra digərləri də maraqlanar və həkimə
gedərlər,”– Qazlar sakinləri bildirirlər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasındakı Geo-Hospitals
klinikasının meneceri Bəşir Mahmudov təsdiqləyir ki, onların
icmasında Hepatit C skrininqi keçirilməyib. Bu istiqamətdə nə isə
planlaşdırılıbplanlaşdırılmadığı ona da məlum deyil. Onun dediyinə
görə, onların icmasında bu xəstəlik haqqında məlumat çox azdır.
-Hələlik aksiya keçirilməyib, ola bilsin sonralar keçiriləcək,
dəqiq deyə bilmərəm, nə zaman. Bizim kəndlərdə bu xəstəlik qeydə
alınmayıb. Heç kəs də şikayətlə müraciət etməyib. Əgər lazım
olarsa, əhaliyə harada müayinə keçməsi haqqında məsləhətlər
verərik. Onu təsdiqləyə bilərəm ki, əhalinin xəstəliyin özü və onun
müalicəsi proqramı haqqında çox az məlumatları var.”– Bəşir
Mahmudov bildirdi.
Hepatit C qaraciyəri sıradan çıxaran virus infeksiyasıdır. 60-70%
halda xəstəlik xroniki hal alır, qalan hallarda isə öz-özünə
sağalmayla tamamlanır.
-“İnsan orqanizminin bu virusları öldürmək üçün immunobioloji gücü
var. İnfeksiyanın mənbəyi xəstə insandır. Xəstəliyin üç forması
mövcuddur: ağır, xroniki və virus daşıyıcısı. Əsasən kifayət qədər
dezinfeksiya edilməmiş alətlərdən – stomatoloji, ginekoloji,
cərrahi alətlərdən qanla keçir. Gözəllik salonu da riskli obyekt
hesab olunur. Hepatitin inkubasiya dövrü təxminən 40-50 gündür. Bu
gizli keçir və xəstəlik bundan sonra aşkarlanır.”–
həkim-profilaktikaçıEkaBurdiaşvili deyir.
Onun dediyinə görə, xəstəlik zamanı baş və qarın ağrısı,
ürəkbulanması olur. Çox hallarda isə, simptomsuz davam edir, buna
görə də Hepatit C gizli davam edən xain xəstəlik adlandırılır.
-“Xəstəlik ağır hal aldıqda, sağ qabırğanın altında ağrılar olur,
oynaq ağrıları, hərarət də ola bilər. Çox vaxt son mərhələyə çatana
kimi insan heç nə hiss etmir. Diaqnoz test-çubuqlar vasitəsilə
qoyulur. Ölkə miqyasında Hepatit C əleyhinə bir neçə aksiya
keçirilir. Bu Səhiyyə Nazirliyinin həyata keçirdiyi kifayət qədər
xeyirxah əməldir. Həm qarşısının alınması istiqamətində, həm də
müalicə istiqamətində işlər geniş yayılıb ki, bunlar da pulsuzdur.
Statistik məlumatlara görə, xəstəliyin aradan qaldırılması proqramı
yaxşı nəticə verir. Bütün xalqı bu xeyirxah işdə iştirak etməyə və
müayinələrdən keçməyə çağırıram. Digər xəstəliklərdə olduğu kimi bu
xəstəlikdə də erkən diaqnostika çox əhəmiyyətlidir.”
Assosiasiya sazişinin fəaliyyət planına əsasən, 2016-2020-ci
illərdə Hepatit C-nin aradan qaldırılması proqramı təsdiqlənib.
Bununla birlikdə gələn ildən maarifləndirmənin artırılması
istiqamətində də müəyyən tədbirlər həyata keçiriləcək.
-“Skrininq müayinəsi bütün rayon və regional mərkəzlərdə pulsuzdur.
İstəyən hər kəs ictimai səhiyyə mərkəzlərində pulsuz xidmət ala
bilərlər. Digər diaqnostik müayinələrə gəldikdə isə, bütün ölkədə
vahid sistem əsasında işləyir. Ehtiyac içində yaşayanların xidmət
haqqının 70%-i, digərlərinin isə 30%-i maliyyələşdirilir. Bu
xəstəlik istiqamətində maarifləndirmənin artırılması gələn il
həyata keçiriləcək vahid planın hissəsidir.” – Səhiyyə Nazirliyinin
ictimai sağlamlığın qorunması və proqramlar idarəsinin rəhbəri
EkaterineAdamia qeyd etdi.
Xəstəliklərə Nəzarət Və İctimai Səhiyyə Milli Mərkəzinin Kaxeti
şöbəsinin rəhbəri NeliXizanişvilinin dediyinə görə, skrininq
proqramı Yormuğanlıda hələlik keçirilməyib. Əgər əhali tələb etsə,
mütləq belə fəaliyyət planlaşdırarlar.
-“İki dəfə Saqareco ictimai səhiyyə mərkəzində müayinə keçirmişik.
Yormuğanlı icmasının kəndlərinin əhalisi bu haqda
məlumatlandırılmış olmalı idilər. Lakin onlar tərəfindən birbaşa
oraya getmək barədə tələb olarsa, belə də edərik. Onların buna
hazır olmaları bizi daha da sevindirər. Kaxetidə belə bir hal
olmuşdu. Əhalinin arzusu ilə müayinə üçün oraya getdik. Bütün rayon
ictimai səhiyyə mərkəzlərində skrininq həyata keçiririk.”
Onun dediyinə görə, ölkə miqyasında Hepatit C haqqında məlumat
vərəqələri paylanılıb, amma bunlar yalnız gürcü dilində olub.
-“Rayonlarda ictimai səhiyyə mərkəzlərində broşürlər paylayırıq və
sonra onlar həkimlər vasitəsiləyayırlar. Əlbəttə, bu aksiya
Saqarecoda da keçirilir. Lakin, təəssüf ki broşürlər Azərbaycan
dilində dərc olunmayıb.”
NeliXizanişvilinin məlumatına görə, bu mərhələdə Kaxetidəskrininq
xidmətini yalnızTelavilaborator mərkəzində almaq mümkündür. Bununla
belə, İctimai Səhiyyə Mərkəzi bu xidməti göstərmək arzusunu
bildirən tibb müəssisəsi ilə müqavilə bağlayır ki, proqram daha çox
insanı əhatə etsin.
NataliaBarbakadze
სტატიის ქართული ვერსია
გაზეთის pdf
მასალის გამოყენების პირობები