Rovlan Qələndərov Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında
yaşayır. Onun 18 yaşı var və Düzəyrəm kənd açıq məktəbinin 12-ci
sinfində oxuyur. Əlavə olaraq müxtəlif fənlərdən hazırlıq
kurslarına gedir, kardioloq olmaq istəyir və bu arzusuna çatmaq
üçün əlindən gələni edir.
Erkən evliliyə qarşı çıxır, deyir ki, həyatın ilk mərhələsində
təhsil almaq önəmlidir, sonra isə ailə qurmaq olar. Bu ilin yazında
o və sinif yoldaşları erkən evlilik mövzusunda təlimdə iştirak
ediblər. Rovlan dediyinə görə, həm oğlanlar, həm də qızlar
tərəfindən maraq böyük idi və iştirakçılar da çox idi. Onlar erkən
evlilik və onun mənfi tərəfləri haqqında çoxlu məlumat alıblar.
-“Erkən evliliyin pis nəticələri haqqında söhbət açıldı. Qızlar
böyüməli, təhsil almalı və sonra universitetə qəbul olunmalıdırlar.
Yaxşı olardı ki, bundan sonra ailə quraydılar, oğlanlar da
həmçinin. Əgər tez ailə qururlarsa, bu zaman müxtəlif problemlər də
meydana çıxır. Onu da öyrəndik ki, əgər oğlan qızı zorla qaçırarsa,
bu da qanunla cəzalandırılır. Əgər belə görüşlər yenə keçirilsə çox
məmnun olarıq.”
Hüseyn Hüseynov Rovlan Qələndərovun sinif yoldaşıdır. Həmin təlimdə
o da iştirak edib.
- “Faydalı məlumatlar əldə etdik. Öyrəndik ki, erkən evlilik həm
qızlar üçün, həm də oğlanlar üçün zərərlidir. Onu da dedilər ki,
həddi-büluğa çatmamış şəxslə evlənmək qanunla cəzalandırılır. Əgər
belə görüşlər gələcəkdə də keçirilərsə, əlbəttə iştirak edərəm. Bu
bizim üçün yaxşı məlumat alma vasitəsidir.”
Xəyal Həsənov Düzəyrəm açıq məktəbində Gürcü dili və ədəbiyyatı
müəllimidir. O, 7-ci sinfin rəhbəridir və öz şagirdləri ilə tez-tez
erkən yaşda ailə qurmağın yaratdığı problemlər barədə söhbət edir.
O, bütün uşaqların təhsil alma hüququ olduğunu, sonra isə evlilik
barədə düşünə biləcəyini izah edir.
-“Bu görüşlərin yüksək nəticəsi olduğunu görürəm. Bizim icmamızda
erkən evlilik minimum həddə qədər azaldı. Yalnız mən deyil, bütün
siniflərin rəhbərləri öz şagirdlərinə bu barədə müntəzəm olaraq
danışır. Çox az hallarda olur, lakin yenə də erkən yaşda kimsə
nişanlanırsa, onun valideynini məktəbə çağırırq və onların qərarını
nə kimi problemlər yarada biləcəyini izah edirik. 16 yaşa qədər
qızların evlənməsi qanun pozuntusudur və oğlan məsuliyyət
daşımalıdır. Qanunu bir kənara qoyaq, onlar əvvəlcə təhsil almalı,
müəyyən biliklərə yiyələnməli və bundan sonra ailə qurmalıdırlar.
Təhsil hər kəsin haqqıdır.”
Kaxeti-İoni tibb mərkəzinin ginekoloqu Nana Mğebrişvili deyir ki,
erkən yaşda evlənməsi qızların sağlamlığına mənfi təsir göstərir.
Onun dediyinə görə, bu yaşda doğum böyük risk daşıyır.
-“18 yaşa qədər orqanizm hələ formalaşmayıb, qız ana olmaq üçün
hələ hazır deyil. Yalnız orqanizm deyil, eləcə də özünün sosial və
psixoloji durumu hələ tam deyil. Əsəbi o qədər möhkəm olmalıdır ki,
ailədə mövcud olan problemlər və qarşıdurmaların öhdəsindən gələ
bilsin. Həddi-büluğa çatmamış şəxsin sosial cəhətdən mükəmməl ailə
qurması mümkün deyil. 18 yaşına çatmamış qadın “qorxu dayəsi” hesab
olunur. Bu zaman doğum risklidir. Çünki o uşaqdır və onun hormonal
sistemi hələ formalaşmayıb.”
Assosiasiya sazişinin 2016-cı il üçün fəaliyyət planına əsasən,
Təhsil və Elm Nazirliyinə “Təhsil və iştirak proqramı”nı həyata
keçirmək həvalə olunub. Proqramda valideynlərin gender bərabərliyi
mələləri ilə bağlı məlumatlarının artırılması, o cümlədən,
erkən/məcburi evlilik kimi məsələlər nəzərdə tutulur. Nazirlik
valideynlərlə bu mövzuda marifləndirici görüşlər keçirdi.
“İnsan Haqları Naminə Tərəfdaşlıq” qeyri hökumət təşkilatı Avropa
İttifaqı ilə bağlanmış assosiasiya sazişində nəzərdə tutulmuş uşaq
hüquqlarının müdafiəsi monitorinqini həyata keçirir.
-“Şadam ki, nazirlik bu mövzuda işləyir. Lakin görüşlər birdəfəlik
olmamalıdır və tədris-təhsil ədəbiyyatında da erkən evlilik
haqqında məlumat olmalıdır. Müəllimlər də öz tədris proseslərində
metodologiya işləyib hazırlamalıdırlar və gender stereotiplərindən
istifadə etməməlidirlər. Erkən evliliklə mübarizə aparırıqsa,
qadının cəmiyyətdə kiçildilmiş rolu qəbuledilməz olmalıdır. Erkən
yaşda evliliyə məhz gender stereotipləri səbəb olur. Təhsil
Nazirliyi gender bərabərsizliyi ilə mübarizəni daha da
genişləndirməlidir. Mülki təhsil kursları üzərində
işləmələridəyərləndirilməlidir, lakin eyni zamanda digər fənlərdə
də təftiş aparılması və insan haqlarını orada da aparıcı yer alması
mühümdür.”– bizimlə söhbətində təşkilatın təmsilçisi Ana
Arqanaşvili qeyd etdi.
Onun dediyinə görə, erkən evlilik vaxtı bəzi hallarda qızlar ciddi
zorakılıqlara məruz qalırlar və onların hüquqları pozulur. Bununla
belə,hesab edir ki,nailiyyət üçün 16 yaşına çatmamış şəxslərlə
evlənmənin cinayət məsuliyyətini nəzərdə tutan qanunun qüvvəyə
minməsi vacibdir.
-“Təəssüf ki, dövlət bu qadağalardan başqa, müvafiq tədbirlər
görmədi. Həddi-büluğa çatmamış şəxslərin evlənməsinə adətən ağır
sosial-iqtisadi şəraitlə, kasıbçılıqla əlaqəlidir. Dövlət nə
kasıbçılıqla mübarizə strategiyası müəyyənləşdirib, nə də
stereotiplərin aradan qaldırılması və təhsil sahəsində əhəmiyyətli
tədbirlər görməyib. Belə məsələlərdə hüquq-mühafizə orqanlarının
reaksiyasının əhəmiyyətini unutmamalıyıq. Əhali artıq bilir ki,
erkən yaşda evlilik qanun pozuntusudur və cinayət məsuliyyətinə
qədər gedə bilər. Prokurorluğun da polis kimi rolu var.”
Təhsil və Elm Nazirliyinin məlumatına görə, 2015-ci ildə yeni
sistem fəaliyyətə başladı ki, buna əsasən bütün məktəblər erkən
yaşda məktəbi tərk edən şagirdlər haqqında ümumtəhsil
müəssisələrinin elektron sistemində qeydiyyat aparmalıdırlar.
-“Elektron statistikanın yaradılmasının monitorinqini Təhsil və Elm
Nazirliyi, həmçinin, məktəbdə cavabdeh şəxs həyata keçirir.
Monitorinq prosesində məktəbdə tövsiyyə mexanizminin nə dərəcədə
mükəmməl olması yoxlanılır, bir sözlə, məktəbin uşağa qarşı
zorakılıqla bağlı daxili qaydalar hazırlaması və təsdiqləməsi, o
cümlədən, cavabdeh şəxsin müəyənləşibmüəyyənləşməməsi və zorakılıq,
o cümlədən erkən evlilik halında tövsiyyə verilməsi yoxlanılır.
Ailə tərəfindən evliliyin qəbul edilməsi və məktəbdən uzaqlaşdırma
təhsil hüququnun məhdudlaşdırılması hesab olunur. Müvafiq olaraq,
bütün hallar ayr-ayrılıqda müzakirə olunmalı və sosial xidmətə
məlumat verilməlidir.”– Təhsil və Elm Nazirliyində qeyd
ediblər.
Nazirlikdən bildirildiyinə görə, erkən yaşda ailə quran şagirdin
ümumtəhsil məktəblərində maneəsiz təhsil almaq, və ya hər hansı
alternativ – eksternat formasında təhsil almaq imkanı var. “Erkən
evliliyin qarşısının alınmasında müəllimlərin rolu danılmazdır.
Qeyd olunmalıdır ki, Müəllimlərin Peşəkarlığının Artırılması Milli
Mərkəzi müntəzəm olaraq müəllimlərinin peşəkar vərdişlərini
artırmaq üçün təlimlər keçirir. Prioritet mövzulardan biri olaraq
reproduktiv sağlamlıq və insan haqlarının əsas məsələləri nəzərdə
tutulub ki, bu da erkən evlilik riski ilə tanışlıq deməkdir.
Müəllimlərə, həmçinin, MandaturaXidmməti Psixoloji mərkəzi də
təlimlər keçir.”
-“İnsan Hüquqları Naminə Tərəfdaşlıq” qeyri hökumət təşkilatının
nümayəndəsi Ana Arqanaşvilinin məlumatına görə, həddi-büluğa
çatmamış şəxslərin evliliyi haqqında dəqiq statistika yoxdur.
Müvafiq olaraq da oxşar halların artdığını və yaxud azaldığını
demək çətindir. Erkən evlilik adətən qeyri-qanuni yollarla baş
verir. Həddi-büluğa çatmamış qızların təxminən 15-18%-i ailə qurur
ki, bu da Ana Arqanaşvilinin dediyinə görə, kifayət qədər yüksək
rəqəmdir.
Erkən evliliyə gəlincə, cəmiyyət bilməlidir ki 16 yaşına çatmamış
şəxslə cinsi əlaqə qanunla cəzalandırılır. Bu cinayətdir və Cinayət
Məcəlləsinin 140-cı maddəsinə əsasən 7 ildən 9 ilədək həbs cəzası
ilə cəzalandırılır. Həmçinin, ailə qurmağa məcbur etmək də qanunla
cəzalandırılır ki,bu da Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə
müəyyən olunub.
TamarKapanadze
სტატიის ქართული ვერსია
გაზეთის pdf
მასალის გამოყენების პირობები