Rovlan Qələndərov və Elvin Kərimov Düzəyrəm ictimai məktəbinin
12-ci sinif şagirdləridirlər. Uşaqlıqdan dostluq edirlər, bir
sinifdə oxuyurlar və boş vaxtlarını da bir yerdə keçirirlər.
Voleybolu sox sevirlər və idman dərslərini səbirsizliklə
gözləyirlər. Özlərin dediyinə görə, idmanın bu növünü onlara idman
müəllimləri Əli Mustafayev sevdirib.
“Voleybolu çox sevirəm, bu mənim üçün hər şeydir. Uşaqlıqda
futbolla məşğul olurdum, lakin səkkizinci sinifdən sonra bu idmanla
maraqlanmağa başladım. Dərsdə məktəbin “stadionunda” sinif
yoldaşlarımla oynayırıq. Əgər hava pis olarsa, buna da imkanımız
olmur. İdman zalımız olsaydı, bu məktəbdə daha çox müvəffəqiyyətli
uşaqlar olardı”, ─ Rovlan Qələndərov deyir.
Onun dediyinə görə kənddə də meydança yoxdur. Buna görə də gənclər
böyüklərlə birlikdə qərara aldılar ki, öz gücləri hesabına idman
meydançası yaratsınlar.
“Bizlə birlikdə böyüklər də voleybol oynayırlar. İori sahilində öz
gücümülə yer təmizləmişik. İki dirək sancmışıq, yuxarısına ip
bağlamışıq və belə oynayırıq. Əgər külək əsmirsə və yağış yağmırsa,
demək olar ki, hər gün oradayıq. Çox istərdik ki, məktəbdə də,
məktəbdən kənarda da meydançamız olsun, orada normal şəkildə oynaya
bilək.”
Elvin Kərimov da Rovlanın fikirləri ilə razılaşır. Onun dediyinə
görə, onların sinfində oxuyan qızlar da yaxşı voleybol
oynayırlar.
“Oğlanlar və qızlar bəzən ayrı komanda şəklində, bəzən isə birlikdə
oynayırıq. Bəzən başqa məktəblərlə də yarışırıq. Nə məktəbdə, nə də
kənddə heç bir dərnək yoxdur ki, biz gənclər fəal şəkildə idmanla
məşğul ola bilək. Heç idman zalımız da yoxdur. Heç olmasa
meydançamız olsa, çox yaxşı olardı. Boş vaxtlarımızı orada
keçirərdik, daha “birjada” durmazdıq.”
Aşağı sinif uşaqları əsasən futbolu xoşlayır. Sevimli idmançıları
da var. Ronaldo və Messi kimi məşhur futbolçu olmaq istəyirlər.
Bilirlər ki, bunun üçün böyük zəhmət və gündəlik məşqlər lazımdır,
buna isə nə məktəbdə, nə də kənddə şəraitləri yoxdur.
“Məktəb meydanında futbol üçün qapı torları yoxdur. Hal-hazırda
topumuz da yoxdur, xarab oldu, yenisini isə hələ ala bilməmişik.”
Musayev Məmmədov deyir və yarı doldurulmuş, köhnəlmiş topla
dostları ilə oynamaq üçün həyətə qaçır.
Düzəyrəm məktəbindən sonra kirayə götürülmüş evdə yerləşən Ləmbəli
məktəbinə getdik. Tənəffüs zamanı uşaqlar həyətdə tennis topu ilə
“dairədə top” oynayırdılar. Jurnalistin idman dərslərinin harada
keçir, meydança və idman ləvazimatları varmı sualına məktəbin
direktoru DavitRostomaşvili qıcıqlandı: “Əgər fitnəkar deyilsənsə,
mənə niyə bu sualı verirsən?” O, bundan sonra da şərh vermək
istəmədi, biz isə Təhsil və Elm Nazirliyinin mətbuat xidməti ilə
əlaqə saxladıq.
Tədris müəssisəsi üçün idman zalı və meydança mütləqdir, bu barədə
Düzəyrəm məktəbinin direktoru QiyasAbuzərov danışır.
“Çox istedadlı uşaqlarımız var, lakin şərait yoxdur. Zal üçün yer
də yoxdur, bunun üçün yeni binaya ehtiyac var. Tam təchiz olunmuş
meydançamızın olması şagirdlərin və mənim ən böyük arzumuzdur.
Xüsusi örtük və hasarlı.”
QiyasAbuzərovun dediyinə görə, kənddə meydança olmadığına görə,
kənd sakinləri də oynamaq üçün məktəbə gəlirlər, lakin o, icazə
vermir. Şagirdlərlə onların arasında qarşıdurma yaranacağından
qorxur.
Gürcüstan İdman və Gənclər Nazirliyindən bildirildiyinə görə,
Avropa İttifaqı ilə imzalanmış assosiasiya sazişinin fəaliyyət
planına müvafiq olaraq, artıq idman obyektləri haqqında hərtərəfli
məlumatlar işlənib hazırlanıb. İdman infrastrukturunun inkişafı
üçün 2015-2020-ci illər fəaliyyət planının həyata keçirilməsi və
monitorinqi davam edir. Tender keçirilib və Gürcüstanın 10
bölgəsində yerləşən 20 şəhərdə idman trenajorları və digər məşq
ləvazimatları qurulub.
Onların verdiyi məlumata görə, “Gələcəkdə idman infrastrukturunun
elektron xəritəsi yaradılacaq ki, buna da 50 000 lari xərclənəcək.
Həmçinin infrastrukturun inkişafının 2015-2020-ci illər üçün
fəaliyyət planının həyata keçirilməsi və monitorinqi işlənib
hazırlanır ki, buna da 160 milyon lari xərclənəcək.” ─ İdman və
Gənclər Nazirliyinin mətbuat xidmətinin rəhbəri SofoÇakvetadze
bildirdi.
2016-cı ildə Yormuğanlı icmasında idman infrastrukturunun
yaradılması, həmçinin bədən tərbiyəsi və təhsil baxımından
assosiasiya sazişi çərçivəsində hansı tədbirlər planlaşdırılması
barəsində sualımıza nazirlikdən bu mərhələdə cavab verə bilmədilər.
Oxuculara ən qısa vaxtda bununla bağlı məlumat verəcəyik. Bu barədə
məlumatı bizim veb-səhifəmizdə - www.speqtri.ge saytından əldə
etmək mümkün olacaq.
Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyindən isə
bildirdilər ki, fəaliyyət planının formalaşdırılması Təhsil və Elm
Nazirliyi ilə razılaşdırılmış prioritetlər nəzərə alınaraq baş
tutur. Daxil olan tələb əsasında binanı ilkin bərpa prioritetləri
müəyyən olunur və bunun əsasında da bu və ya digər obyekt fəaliyyət
planına daxil edilir.
“Yormuğanlı icmasının Düzəyrəm kəndinin ictimai məktəbinin
rəhbərliyindən və ya marağı olan başqa şəxslər agentliyə bu mövzuda
heç bir müraciət etməyib. Məktəb müdiriyyətinin müraciət etməsi
halındaagentlik məsələni müzakirə edir və fəaliyyət planının
formalaşdırılması prosesində prioritetlərə uyğun olaraq hərəkət
edir.” – bizimlə söhbətində Təhsil və Elm İnfrastrukturunun
İnkişafı Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə menecer
NatiaMetreveli qeyd etdi.
Onun dediyinə görə, hal-hazırda Saqareco bələdiyyəsinin Ləmbəli
kəndində məktəbin tikintisi davam edir ki, burada da müasir
standartlara cavab verən idman zalı ilə bərabər, açıq idman
meydançası da təşkil olunacaq.
SPEKTRI XÜSUSİ BURAXILIŞ N3 - PDF
სტატიის ქართული ვერსია
მასალის გამოყენების პირობები