სპექტრის დამატება
YORMUĞANLI İCMASININ QADINLARI
65 yaşlı Mələksə Ayvazova Yormuğanlı icmasının Ləmbəli kəndində yaşayır. 17 yaşında istəmədən, ailəsinin məcbur etməsi nəticəsində ailə qurub. Həmin vaxt onun yoldaşının 27 yaşı olub. Bir neçə il birlikdə yaşayıblar, 33 yaşında dul qalıb və uşaqları böyütmə yükünü də öz üzərinə götürüb.
Qızların erkən yaşda evləndirilməsinə pis baxır. Hesab edir ki, öncə oxumalıdırlar, sonra isə istəyərək ailə qurmalıdırlar.
Mələksə Ayvazova Yormuğanlı icmasında yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində xadimə işləyir. Hər səhər tezdən durur, evdə də işdə də görəcəyi iş çoxdur.

Yormuğanlı icmasında kişi və qadınların vəzifələri kəskin şəkildə hüdudlandırılıb. Qadınlar hər gün 20 litrlik səhənglərlə və ya su bidonları ilə su daşımalı olurlar. Bu iş kişi üçün qadının odun yarması kimi ayıb hesab edilir. Kişinin mətbəxdə qadına kömək etməsi qəbuledilməzdir. Qadının işi isə yalnız öz icmaları daxilində olmalıdır, başqa yerdə işləmək yolverilməzdir, çünki ola bilsin ki, bir neçə nəqliyyat dəyişdirməli olsunlar, yad adamın maşınına oturmaq isə qəbuledilməzdir.
Bu qaydaları niyə qoruyub saxlayırlar, özləri də bilmirlər, deyirlər ki, ənənə belədir.
Mələksə Ayvazovanın evlənməsindən artıq 48 il keçib. Yormuğanlı icmasında isə erkən yaşda məcburən evləndirilmə sahəsində heç bir şey dəyişməyib.
Düzəyrəm ictimai məktəbində 320 şagird təhsil alır. Keçən il iki nəfər doqquzuncu sinifdə oxuyan qız evlənmələri səbəbiylə təhsili dayandırıb. Direktor Qiyas Abuzərovun dediyinə görə, onların icmasında ailə qurmaq səbəbindən təhsilin dayandırılması halları azalıb. Buna səbəb kimi isə 2015-ci ildə məktəbdə keçirilən treninqləri və 16 yaşı tamam olmayan şəxslərin cinsi əlaqədə olmalarına qarşı 7 ildən 9 ilədək həbs cəzasını nəzərdə tutan qanunun sərtləşdirilməsini göstərir.

“Əvvəllər vəlideynlər qorxurdular ki, qızlarını qaçıra bilərlər. Bu qanun çıxdıqdan sonra artıq oğlanlar çəkinirlər və qızla zorla evlənmirlər. Keçən il bir qeyri hökumət təşkilatı erkən evlilik barədə treninq keçirdi, uşaqlara məlumat verdi ki, bu qanunla qadağandır. Bu barədə yenə treninqlər keçirilsə daha yaxşı olar, uşaqlar məlumatı evlərinə də çatdırarlar və bizdə də vəziyyət yaxşıya doğru dəyişər.”


Keçən il Yormuğanlı icmasında treninqləri “VEJİN” qeyri hökumət təşkilatı keçirdi. İcraçı direktor bu icmada gender problemlərindən danışır.

“Yetkinlik yaşına çatmamış şəxslərin evlənmələri mühüm məsələdir. Onların dediyinə görə, valideynlər istəyir ki, uşaqlarını “sahibinə” vaxtında verələr, qorxurlar ki, kimsə qaçırar. Oğlanlar isə ona görə erkən evlənirlər ki, onların istədikləri qızı kimsə zorla qaçırmasın. Elə hallar da var ki, doqquzuncu sinifdə oxuyan qız artıq nişanlanıb və öz qismətini gözləyir. Erkən evlilik qızların sosial vəziyyətinə təsir edir, onlar təhsillərini davam etdirə bilmirlər və yalnız evdar qadın olaraq qalırlar. Yalnız şagirdlərlə deyil, valideynlərlə də görüşlər keçirdik. “Bir fincan çayla dialoq” metodundan istifadə edirdik. Valideynləri erkən evliliyin yaratdığı problemlərlə tanış etdik. Bir dəfə belə treninq keçirilməsi elə də səmərəli olmaz, bunun üçün müntəzəm məlumatlandırmaq lazımdır. Onlar bilməlidir ki erkən yaşda doğum sağlamlıq üçün zərərlidir”, – o, vurğuladı və əlavə etdi: “O da aydın oldu ki, qadınların mentaliteti də dəyişməlidir. Onlar öz vəziyyətləri ilə barışmışdır. İşləməyən qadınların sadəcə olaraq ünsiyyət vasitələri – telefonları da yoxdur. Bütün Gürcüstana məlum olan Xanım Ceyranovanın faciəsi də bu icmada baş vermişdir. (30 yaşlı Xanım Ceyranova 2015-ci il sentaybrın 17-də intihar edib. Yayılmış məlumata görə, intihar etməzdən iki gün əvvəl iki uşaq anasını ərinin qohumları küçədə tutublar, ərinə xəyanət etdiyini söyləyərək əziyyət veriblər, ayaqqabılarını və corablarını çıxarıb Ləmbəli kəndinə aparıb atıblar. Şahidlərin dediyinə görə gənc kişilər qadını təhqir edirdilər və fiziki təzyiq göstərirdilər.) BU icmanın qadına baxışını göstərir. Bir neçə ildir ki burada proqramlar həyata keçiririk və qeyd etmək istəyirəm ki, keçən il bir az irəliləyiş əldə olundu. Əvvəllər biz qadınları başqa bələdiyyələrə, hətta öz bələdiyyələrinə çıxara bilmirdik. Ənənə və stereotiplər onlara imkan vermir ki, müxtəlif fəaliyyətə qoşulsunlar. İrəliləyiş kimi onu göstərmək olar ki, 2015-ci ildə Siqnaxidə həyat yoldaşları ilə bərabər onlara treninq keçirdik və onlar bir gün-bir gecələrini bizimlə keçirdilər.”

Avropa İttifaqı ilə assosiasiya sazişinin 2015-ci il fəaliyyət planına əsasən, ailə zorakılığı qurbanları üçün məsləhət xidməti göstərilməli idi. Bu işlər Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin tabeçiliyindəki

“İnsan ticarəti (trefikinq) qurbanları, zərərçəkənlərinin müdafiəsi və onlara yardım üzrə döflət fondu”na tapşırılmışdı. Fondun mətbuat katibi Ketevan Beroşvili bizimlə söhbətində bildirdi ki, Kaxetinin bir neçə bələdiyyəsində məlumatlandırma xarakterli tədbirlər keçirilib. Yormuğanlı icmasında isə belə tədbirlər bu il keçiriləcək. “Əhaliyə ailə zorakılığı və trefikinq məsələləri üzrə broşürlər paylayırıq və məsləhət üçün yaradılmış qaynar xətt barədə məlumat veririk. Bizim qaynar xətt 24 saat işləyir və ehtiyac olduğu təqdirdə insanları çəkinməməyə, qorxmamağa çağırırıq, anonimlik qorunur. Onlar 116 06 nömrəsinə zəng vuraraq hərtərəfli məlumat ala bilərlər, məsləhətləri peşəkar hüquqşünaslar verirlər. Oxşar görüşlər Telavidə, Aşağı Xodaşendə, Axmetada, Pankisinin yaşlı qadın şurası ilə də keçirilib. Kaxetinin müxtəlif bələdiyyələrinin məlumatlandırılması da planlaşdırılıb. Yormuğanlı icmasında belıə fəaliyyətimiz olmayıb, lakin bu il planlaşdırırıq. Getdiyimiz yerlərdə dil maneəsi yox idi, lakin gələcəkdə bu məsələni də nəzərə alacağıq və broşürləri beş dildə cap edəcəyik. İstəyirik ki, əhali öz dilində məlumat alsın.
Erkən evliliyə gəlincə isə, bu birbaşa bizim mövzumuz deyil. Lakin ailə zorakılığı mövzusunda görüşlər keçirilən zaman az-çox erkən yaşda zorla ailə qurulması mövzusuna toxunuruq. İnsanlar nə kimi hüquqları olduğunu bilməlidirlər, sonra isə hansı vəziyyətdə ehtiyac olarsa məlumatı elə istifadə edə bilərlər.”

Saqareco Təhsil Resurs Mərkəzinin direktoru Manana Tsutskiridzenin bildirdiyinə görə, Azərbaycanlı icmasında 2014-2015-ci illərdə təhsilini 90 nəfər yetkinlik yaşına çatmamış şəxs yarımçıq buraxıb, bu il isə onların sayı 40 nəfərdir.
Keçən il Təhsil və Elm Nazirliyinin keçən il erkən evliliyin qarşısının alınması məqsədilə hansı fəaliyyətləri yerinə yetirdiyi ilə maraqlandıq. Bildirdiklərinə görə, milli təhsil planı ümumi təhsilin bütün mərhələlərində erkən evlilik və zorakılıq, sağlam həyat tərzi, reproduktiv sağlamlıq kimi məsələləri özündə cəmləşdirir. Nazirlik formal təhsilə paralel olaraq şagirdlərin məlumatlandırılmasına yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçirir. “Sistematik olaraq məktəb müsabiqələri keçirilir. 1000-dən artıq məktəbdə mülki təhsil klubları fəaliyyət göstərir. Uşaqlar burada uşaq haqları, erkən evlilik, zorakılıq və onunla mübarizə yolları və s. kimi məsələləri müzakirə edirlər.”
Nazirliyin məlumatına görə, assosiasiya sazışının 2015-ci il milli fəaliyyət planına müvafiq olaraq, Təhsil və Elm Nazirliyi digər idarələrlə birlikdə qanuna ediləcək dəyişikliklər paketinin hazırlanmasında iştirak etmişdir. 17 qanun aktında, o cümlədən, ümumi və ali təhsil haqqında qanunda dəyişikliklər hazırlanıb. “Uşağa yönəlmiş mümkün zorakılıqğa qarşı düzgün və zamanında reaksiya göstərilməsi məqsədilə ümumtəhsil müəssisəsləri daxili prosedur qaydaları işləyib hazırlayıblar və qəbul ediblər. Bu qaydalara əsasən məktəblərə uşaqların müdafiəsinə istiqamətlənmiş proseduralar üzrə cavabdeh şəxslər – məktəb mandaturları, mandaturların olmaması təqdirdə isə məktəb direktoru/direktor müavini – təyin olunub. Cavabdeh şəxslər uşağa qarşı zorakılığın qarşısının almaq, zorakılıq hallarını aşkarlamaq və reaksiya göstərməsi üçün müvafiq hazırlıq keçirlər. Bu günə qədər təhsil müəssisələrinin bütün mandaturları və ictimai məktəblərin 569 nümayəndəsi (məktəb direktoru/müavini) artıq hazırlıq keçib.”

Nazirliyin məlumatına görə 150-yə qədər ümumtəhsil müəssisəsinin ərazisində artıq tibb kabineti fəaliyyət göstərir, digər təhsil müəssisələrində isə mərhələli şəkildə yaradılacaq. Kabinetlərin yaradılmasının əsas məqsədlərindən biri də valideynlərin, müəllimlərin və şagirdlərin sağlamlığıln qorunması məsələləri (o cümlədən, reproduktiv sağlamlıq, erkən evlilik riskləri) barədə məlumatlandırmaqdır.

Təhsil və Elm Nazirliyi “Valideynlərin təhsili və qoşulması proqramı”nı həyata keçirir ki, bu proqram çərçivəsində erkən evliliyin qarşısının alınması məqsədilə Gürcüstanın erkən evlilik faktlarının daha çox rastlandığı bölgələrində sistematik olaraq tədbirlər keçirilir. İctimai məktəblərdə valideynlər üçün erkən evlilik risklərinin müzakirə olunduğu görüşlər/açıq mühazirələr keçirilir. Görüşlərdə Gürcüstan Təhsil və Elm Nazirliyinin nümayəndələri, psixoloqlar, yerli hüquq müdafiəçiləri, yerli sosial işçilər iştirak edirlər. Artıq Laqodexi bələdiyyəsinin kəndlərində (Qabal, Qaracalar, Uzuntala, Gəncələ) on açıq görüş keçirilib. Həmçinin, Bolnisi və Marneuli bələdiyyələri kəndlərinin (Naxiduri, Aşağı Bolnisi, Təkəli, Muğanlı, Keşəli) məktəblərində də belə görüşlər keçirilib.”

Oxşar tədbirlər Yormuğanlı icmasında keçirilməyib. Nazirlikdən bildirildiyinə görə, 2016-cı ildə Gürcüstanın müxtəlif bölgələrində, o cümlədən Yormuğanlı icmasında da belə görüşlər keçiriləcək.




SPEKTRI XÜSUSİ BURAXILIŞ N3- PDF

სტატიის ქართული ვერსია
| Print |  E-mail
FaceBook Twitter Google


მასალის გამოყენების პირობები

Без перевірок, дзвінків родичам та друзям взяти кредит в Україні пропонують мікрофінансові організації. Перегляньте ТОП компаній в списку.


Онлайн кредит дозволяє уникнути зайвих паперів та черг і саме тому кредит на карту є великим плюсом для сучасних людей. Оформлюйте в МФО.
ამავე კატეგორიაში
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası
ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı
Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxetidə COVID-19 vaksinasiyası ilə bağlı vəziyyət necədir - GSCD təşkilatı "Vaccination4Georgia" layihəsi çərçivəsində məlumatlandırıcı kampaniya həyata keçirdi.
14:09 / 08.12.2022
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin
sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin
direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat
işlərinə qoşulması ilə bağlı olur.
Ləmbəli ictimai məktəbinin 9-cu sinfindəki 68 şagirddən ilin sonunda 37-si təhsilini dayandırıb. Dəqiq səbəbi məlum deyil, lakin direktorun dediyinə görə, bəzən bu onların ailənin təsrrüfat işlərinə qoşulması ilə bağlı olur.
14:30 / 27.02.2017
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan
çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara
cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
Ləmbəli kəndi, günorta saat üçdür. Kənd bulağına enirik. Bir azdan çiynində səhəng olan bir qadın yaxınlaşır. Başıını əyir və suallara cavab verə bilmir, çünki gürcü dilini yaxşı başa düşmür.
13:34 / 27.02.2017
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza
liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər
ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət
edə biləcəklər.
Saqareco bələdiyyəsinin Yormuğanlı icmasında viza liberallaşdırılması haqqında elə də çox bilmirlər. Onu da bilmirlər ki, martın sonlarından etibarən Avropa ölkələrinə vizasız səyahət edə biləcəklər.
11:17 / 27.02.2017
სამართალი
თელავში მომხდარი ორი პირის განზრახ მკვლელობაში ბრალდებულის მიმართ ძებნა გამოცხადდა. როგორც საქართველოს პროკურატურაში აცხადებენ,  მას აღკვეთის ღონისძიების სახით სასამართლომ პატიმრობა შეუფარდა.
13:23 / 26-07-2024
პროკურატურის მიერ წარდგენილი მტკიცებულებების საფუძველზე, არასრულწლოვნის გაუპატიურების ფაქტზე ბრალდებული გურჯაანის რაიონულმა სასამართლომ დამნაშავედ ცნო.
10:21 / 11-07-2024
კაცი, რომელიც გუშინდელ საპროტესტო აქციაზე სპეცრაზმელებმა წააქციეს და ფიზიკურად გაუსწორდნენ, დიმიტრი ბერიძეა.
13:29 / 17-04-2024
ეკონომიკა
ბაკურციხე-გურჯაანის გზაზე ერთი კვირის განმავლობაში მოძრაობა აიკრძალება. ამის შესახებ ინფრომაციას საქართველოს საავტომობილო გზების დეპარტამენტი ავრცელებს.
17:19 / 05-06-2024
საქართველოს 63 მუნიციპალიტეტში, მათ შორის კახეთის რეგიონში, ქალაქებში შესასვლელების აღმნიშვნელი სტენდები მოეწყობა, რომელზეც დამონტაჟდება მუნიციპალიტეტის გერბი, განათებები და ქალაქის დასახელებები.
12:16 / 12-04-2024
სხვა ამბები
თიბისი, სამუშაო პროცესების გაუმჯობესებისა და გამარტივებისთვის, ინოვაციურ მიდგომებს და გადაწყვეტებს მუდმივად ნერგავს. სწორედ ამ მიზნით, კომპანია საერთაშორისო ტექნოლოგიურ კომპანია, Atlassian-თან თანამშრომლობს, რომელიც შემდეგ ინოვაციურ პლატფორმებს აერთიანებს - Jira, Jira Service Management და Confluence.
12:01 / 01-11-2024
ეფექტური ლიდერობა ორგანიზაციის ზრდისა და წარმატებისთვის სასიცოცხლოდ მნიშვნელოვანია. სწორედ ამიტომ, თიბისიმ 2021 წელს ლიდერობის აკადემია დააარსა - მიზანი თანამშრომლებისთვის იმ უნარების განვითარებაზე ზრუნვაა, რომლებიც დღევანდელ დინამიურ გარემოში თავის დამკვიდრებისთვის აუცილებელია. 2021 წლიდან დღემდე, აკადემია ლიდერებს სხვადასხვა საერთაშორისო და ადგილობრივ პროგრამებს, სრული დაფინანსებით სთავაზობს.
16:03 / 03-10-2024
ლიტერატურული პრემია "საბას" ჟიურიმ “საუკეთესო ქართული თარგმანის“ ფინალისტები დაასახელა. 74 საკონკურსო წიგნიდან 13 ფინალისტი გამოვლინდა. „საბა“ თიბისიმ და რატი ამაღლობელმა 2003 წელს დააფუძნეს. წელს კონკურსი 22-ედ ტარდება.
14:57 / 03-10-2024
1 ოქტომბერს თიბისი ბიზნესისა და რითეილ ასოციაციის წარმომადგენლებმა ხელი მოაწერეს ურთიერთთანამშრომლობის მემორანდუმს, რომელიც ითვალისწინებს მცირე და საშუალო ბიზნესის მხარდაჭერას მრავალ ასპექტში.
18:53 / 02-10-2024
თიბისი ბიზნესი განაგრძობს ბიზნესის მხარდაჭერას და ამ მიზნით მორიგ საგანმანათლებლო ტრენინგს სთავაზობს მცირე და საშუალო ბიზნესის წარმომადგენლებს.
16:47 / 03-09-2024
მინი ფეხბურთში სასკოლო ლიგის რეგიონული თამაშები დაიწყო, რომელსაც კახეთში გურჯაანი მასპინძლობს. ჩემპიონატში კახეთის რეგიონის ყველა მუნიციპალიტეტის გუნდები მონაწილეობენ.
14:34 / 21-05-2024
ვალუტა
EUR
EUR
1
3.5859
USD
USD
1
3.2054
GBP
GBP
1
4.2911
TRY
TRY
1
0.2316
RUB
RUB
100
3.2024
ამინდი
გურჯაანი 6 / 14 °C
img
საგარეჯო 5 / 9 °C
img
დ.წყარო 4 / 11 °C
img
სიღნაღი 5 / 12 °C
img
ლაგოდეხი 6 / 11 °C
img
ყვარელი 6 / 14 °C
img
თელავი 6 / 10 °C
img
ახმეტა 5 / 9 °C
img
კალენდარი
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

speqtri.ge შენი ვებგვერდი

Цінуєте свій час і не хоче стояти в чергах, тоді кредит онлайн для вас. Багато банків пропонують спеціальні умови для кредитів онлайн.

მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას.
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX.

Spill ansvarlig på et regulert casino online casino-no7.com. Casino online gir deg spennende kampanjer og tilbud.