Yormuğanlı icması Saqareco bələdiyyəsindən 37 km məsafədə yerləşir.
Buraya 6 kənddə yaşayan 25 min nəfərə qədər insan daxildir. Yerli
sakinlərin dediyinə görə, icmada nə bir dənə də olsun zibil qutusu
var, nə də buraya zibil daşıyan maşın gəlir. Buna görə də məişət
tullantılarını dərəyə tökməyə məcburdurlar.
Tüllərdən Qazlara gedən yolun kənarında kisələrə doldurulmuş
zibillər toplanıb. Qazlar sakini Razim Məmmədovun dediyinə görə bu
sahəyə digər kəndlərdə yaşayanlar da zibil atır.
“Bütün əhali zibili buraya atır. Şəxsən mən maşınla kəndin
qurtaracağına aparıram. Başqa yolum yoxdur”.
Ləmbəli kəndinin dərəsi də çirkləndirilmişdir. Novruz Rəşidov
bildirir ki, buna görə də yayda onları dözülməz üfunət, gəmirici və
həşəratlar narahat edir.
“Bütün dərələrdə zibil yığılıb. Özünüz də baxa bilərsiniz.
Tullantıları ev quşları və heyvanlar yeyir, lakin nə edək, maşın
gəlmir, həyətə yığası deyilik ki”?!
Ləmbəli sakini Həsən Abdullayev əmindir ki, kəndə zibil maşını
gəlsə, xidmət haqqını əhali özü problemsiz şəkildə ödəyər.
“Yiyəmiz yoxdur, bu da ona görə baş verir. Bir maşın təyin
eləsinlər, heç olmasa həftədə iki dəfə tullantıları daşısın. Hər
ailəyə də 2 lari haqq təyin eləsinlər, kim ödəməz? Bizim məhəllədə
50 ailə yaşayır və onların hər birinə mən özüm cavabdehəm. Kimin
maşını var, zibili toplayır və sahilə aparır. Cərimələnmə halları
da olmuşdu, lakin xalq yenə də eyni şeyi təkrarlayır, nə edə
bilərlər? Bu boyda icmadır, 25 min nəfər yaşayır və bu problem
olmamalıdır!”
Gürcüstanda hal-hazırda 63 qanuni zibillik var, lakin heç biri
Avropa standartlarına cavab vermir.
Avropa İttifaqının standartlarına görə zibilliklər elə tikilməlidir
ki, əhaliyə ziyan verməsin. Zibillikdə və ətraf ərazilərdə üfunət,
səs-küy və toz olmamalıdır. Tullantılar hər gün torpaqla
örtülməlidir. Onlar mütləq ayrılmalıdır. Qatı tullantı poliqonu su
keçirməyən alt təbəqə, drenaj və sızıntı sularını təmizləyən qurğu,
həşərat və quşları qorxuducu cihazlar ilə təchiz olunmalıdır.
Məişət tullantı poliqonlarında dezinfeksiyaedici sahələr və
tullantıların emal və istifadəsi üçün müasirsistem olmalıdır.
Zibilliklərlə bağlı Gürcüstan və Avropa İttifaqı arasında
assosiasiya sənədindəki qaydaların həyata keçirilməsinin 2015-ci il
üçün fəaliyyət planında aşağıdakı fəaliyyətlər qeyd olunub:
1. “Zibilliklərin təşkil olunması, fəaliyyəti, bağlanması və
sonrakı mərhələdə baxılması haqqında” qanuni aktların hazırlanması
və hakimiyyətə təqdim olunması;
2. Mövcud zibilliklərin uyğunluğu planının hazırlanması;
3. İmkanları gücləndirmək məqsədilə müvafiq beynəlxalq təcrübə
əsasında texniki yardımın tapılması;
4. Zibilliklərin monitorinqi sisteminin yaradılması üçün beynəlxalq
maliyyənin axtarılması:
5. Maddi-texniki bazanın (müvafiq səyyar avadanlıqlar və stasionar
laboratoriya ilə təchiz olunma) yaradılması və s.
Bütün bunlara görə aşağıdakı idarələr cavabdehlik: Ətraf Mühit və
Təbii Resursların Mühafizəsi Nazirliyi, Regional İnkişaf və
İnfrastruktur Nazirliyi və “Gürcüstan Qatı Tullantıların İdarə
Olunması Şirkəti” MMC.
Ətraf Mühit və Təbii Resursların Mühafizəsi Nazirliyinin məlumatına
görə, zibilliklərlə bağlı Gürcüstan və Avropa İttifaqı arasında
assosiasiya sənədindəki qaydaların həyata keçirilməsinin 2015-ci il
üçün fəaliyyət planında qeyd olunanmaddələrlə bağlı normativ
sənədlər işlənib hazırlanıb ki, bunu da hakimiyyət keçən ilin
avqust ayında təsdiqləyib.
Nazirlikdən bildirildiyinə görə, Ətraf Mühitin Mühafizəsi Nazirliyi
siyasəti müəyyən edən orqandır. Onların vəzifəsi qanunvericilik
baxımından işləməkdir və müqavilə ilə nəzərdə tutulan bütün
maddələr yerinə yetirilib. Bundan sonra isə zibilliklərin idarə
olunması və sonrakı baxımı qatı tullantılar agentliyinin
vəzifəsidir.
“Qatı Tullantıların İdarə Olunması şirkəti”nin direktorunun
məsləhətçisi Xatuna Çikviladzebizimlə söhbətində qeyd etdi ki,
Avropa standartlarına cavab verən zibillik Gürcüstanda hələlik
yoxdur.
“Ölkə miqyasında olan bütün zibilliklər bizim şirkətə məxsusdur.
Praktiki olaraq çoxunu qaydaya salmışıq. Bunları assosiasiya
müqaviləsinin şərtləri qüvvəyə minməzdən əvvəl qaydaya salmışdıq.
İndi Ətraf Mühitin Mühafizəsi Nazirliyinə təqdim etməliyik və tələb
etməliyik ki, zibilliklər bu günkü vəziyyətdə maksimum 8 il
işləsin. Bundan sonra ətraf mühitə nəzarət icazəsi olmayan
zibilliklər bağlanılacaq. Mərhələli şəkildə regionlarda təşkil
etməyə keçəcəyik. Hal-hazırda Kvemo Kartlidə və Kutaisidə belə
zibilliklər tikirik. Kaxeti və Sameqrelo-Yuxarı Svaneti
bölgələrində də ilkin araşdırmalar başlanıb. Araşdırma əsasında bu
bölgələrdə zibilliklər üçün yerlər seçiləcək. Bundan sonra isə
vəsait ayrılacaq.
Onun sözlərinə görə, Yormuğanlı kəndlərindəki problemin həlli yerli
özünüidarə orqanının səlahiyyətindədir.
“Bələdiyyə bu ərazilərdə təmizlik və əhalinin cərimələnməsini təmin
etməlidir. Lakin xidmət göstərmirsənsə, konteynerlər qoymursansa və
zibilin daşınmasını təmin etmirsənsə, cərimələyə də bilməzsən. Bu
halda xalq zibili haraya aparmalıdır? Bizim şirkətin cavabdehliyi
tullantılar zibilliyə gəldikdən sonra başlayır. Buna qədər biz
qarışmırıq. Saqarecoda olan zibilliyə gəlincə isə bu qanunidir,
lakin sonralar bu da bağlanacaq. Ümumiyyətlə Saqarecoda fəaliyyət
göstərən bütün zibilliklər ləğv olunacaq və bir, regional zibillik
olacaq”, – o, qeyd etdi.
Xatuna Çiviladzenin bildirdiyinə görə, şirkət artıq Gürcüstan və
Avropa İttifaqı milli planında qeyd olunan maddələrlə işləyir.
“Zibillikdə metan qazının miqdarını müəyyən edən avadanılığı
donorların köməyilə almışıq. Bu avadanlıqdan Gürcüstanda heç kəsdə
yoxdur. USAİD-in köməyilə avadanlığı almışıq. Avadanlıq artıq
Gürcüstana gətirilib və bu yaxınlarda təhvil alınacaq. Stasionar
laboratoriyaya gəlincə isə bahalıdır. Bu haqda biz donorlar və
hakimiyyət nümayəndələrindən xahiş etmişik. Bu monitorinqə mane
olmur, çünki digər bir yol da var. Mövcud laboratoriyalarla
müqavilə bağlanılacaq. Lakin özümüzün laboratoriyamız olması üçün
çalışırıq.”
Gələcəkdə Yormuğanlı kəndlərində bu problemin həll
olunub-olunmayacağı ilə bağlı Saqareco bələdiyyəsinin rəhbərliyi
ilə əlaqə saxladıq. Bələdiyyənin əmlakın idarə olunması, iqtisadi
inkişaf, statistika, infrastruktura, məkanların təşkili,
arxitektura və inşaat xidmətinin rəhbəri Qiorqi Kurdovanidzenin
bildirdiyinə görə bu məsələlərin həlli bu il mümkün deyil.
“Biz təəssüf ki, Yormuğanlı kəndlərinin qatı tullantılarını
təmizləyə bilmirik. Tez-tez zibillənmiş yerləri büdcə hesabına
təmizləyirik, texnika aparırıq. Əməkdaşlarımızın da iştirak etdiyi
iməcliklər təşkil edirik. Əhaliyə bir neçə dəfə xəbərdarlıq etmişik
ki, zibillərini bir yerə toplasınlar, lakin bir nəticəsi olmur. Bu
il zibil qabları qoymaq istəyirdik, lakin büdcənin az olmasına görə
bunu edə bilmədik. Keçən il digər kəndlərə zibil qabları qoyduq,
lakin təəssüf ki, o sahəni mənimsəyə bilmədik,” – o, qeyd etdi.
Onun bildirdiyinə görə, qeyd olunan məsələ üzərində artıq iş gedir.
2017-ci ildə bunun üçün büdcədən vəsait ayrılacaq. Yormuğanlı
kəndlərində zibil qabları qoyulacaq və hər iki gündən bir zibil
xüsusi texnika ilə daşınacaq.
სტატიის ქართული ვერსია
SPEKTRI-XÜSUSİ
BURAXILIŞ-pdf
მასალის გამოყენების პირობები