Yormuğanlı icmasının kəndlərində demək olar ki addımbaşı yararsız
vəziyyətdə olan elektrik dirəklərinə rast gəlmək olur. Bəzi
yerlərdə hətta elə vəziyyət yaranıb ki, əhali dirəklərin yıxılıb
kiminsə həyatı üçün təhlükə yaradacağından qorxur.
Yerli əhali bununla bərabər qeyri-stabil elektrik enerjisindən də
şikayət edirlər.
“Bizim kənddə bəzi ailələr kondisioner alıb, amma nə
faydası? İşıqlar elə zəifdir ki, qoşa bilmirlər. Paltaryuyan maşını
da işlədə bilmirlər. Bəlkə bir yiyəsi tapıla bizə də bir nəzər
yetirə.” – Qazlar sakini Vaqif Kərimov deyir.
Kaxeti enerjipaylayıcı şirkətindən bildirdilər ki, bu problem
barədə onlara heç kəs müraciət etməyib və müvafiq olaraq bu məsələ
ilə bağlı onlarda heç bir məlumat yoxdur.
“Əhali problemi aşkarlayıb bizim tabeçiliyimizdə olan
abonentlərə xidmət göstərən xidmət mərkəzlərinə yazılı müraciət edə
bilər. Şirkət iflas vəziyyətində işləyir. Müvafiq olaraq, nəyə
imkanımız çatır o problemi də həll edərik”.
Avropa İttifaqı ilə imzalanan Assosiasiya Sazişində nəzərdə
tutulmuş 2015-ci il fəaliyyət planına görə, Gürcüstan Energetika və
Su ilə təmin olunma üzrə milli komissiya (SEMEK) elektrik ötürücü,
həmçinin, elektrik paylayıcı şəbəkələr haqqında qaydaları
hazırlamalı və qəbul etməli idi. Komissiyadan bildirildiyinə görə
yuxarıda qeyd olunan birinci məsələ artıq hazırlanıb, ikinci məsələ
isə elə ilk iclasdaca müzakirə olunacaq.
“Bu qaydaların tətbiq olunmasından sonra paylayıcı şirkətə
öz şəbəkəsini qaydaya salmaq tapşırılacaq ki, enerji təminatı ilə
bağlı müxtəlif problemlərdən azad olaq. Xatırladım ki, Gürcüstanda
üç şirkət paylayıcı şəbəkə lisenziyasına malikdir. Bunlar “Kaxeti
Enerqodistributsia”, “Telasi” Səhmdar Cəmiyyəti və “EnergoPro
Georgia” şirkətləridir. Onlara müəyyən tapşırıqlar veriləcək ki,
bundan sonra da işləməyə başlayacaqlar”, – Energetika
departamentinin aparıcı mütəxəssisi Davit Eliaşvili qeyd etdi.
Qeyd olunan qaydaların işlənib hazırlanması və yerinə yetirilməsi
elektrik enerjisi paylayıcı şəbəkələrinin inkişafına, idarə
olunmasına, əlçatan olmasına və təhlükəsiz istifadəsinə
yönəlib.
SPEKTRI XÜSUSİ BURAXILIŞ N3 - PDF
სტატიის ქართული ვერსია
მასალის გამოყენების პირობები