სპექტრის დამატება
SALLAQXANALAR HAQQINDA YENİ TƏNZİMLƏMƏLƏR QÜVVƏYƏ MİNDİ [photos]
Gürcüstan aqrar bazarında biznes-operatorlardan ət satmaq üçün “Forma 2” tələb olunacaq. Bu isə yalnız heyvanların sallaqxanalarda kəsilməsi halında veriləcək. Həmin müəssisə öz növbəsində müəyyən standartlara cavab verməlidir.
Avropa İttifaqının tənzimləmələrinə əsasən, Gürcüstanda 2015-ci ildən təhlükənin analizi və kritik nəzarət nöqtələrinin (HACCP) yaradılması məcburi oldu. Həmin sistemin prinsipləri hələ 1970-ci ildə ABŞ-da işlənib hazırlanıb və dünyanın inkişaf etmiş ölkələrində ərzaqıntəhlükəsizliyinin təmin olunmasının ən yaxşı vasitələrindən biri hesab olunur. HACCP beynəlxalq səviyyədə qəbul olunmuş təhlükəsizliyin idarə olunmasının ən geniş yayılmış sistemidir ki, bu da ərzaqların səbəb olduğu təhlükələrin müəyyən olunması və onların qarşısının alınmasına xidmət edir.
Gürcüstanda bu prosesə Milli Ərzaq Agentliyi nəzarət edir. Bunun müvəffəqiyyətlə həyata keçirilməsindən sonra dövlət rəsmi surətdə bu və ya başqa müəssisənin ərzaqların təhlükəsizliyinə riayət etməsini qəbul edir və təsdiqləyir. Heyvanın sallaqxanada kəsilməsi qaydası və sallaqxanaların tələbləri hakimiyyətin 55 saylı qətnaməsi ilə tənzimlənir.

Yormuğanlı icması ərazisindəki bazarda yerləşən sallaqxana hər gün fəaliyyət göstərir. Burada yalnız bazarda satılan heyvanlar kəsilmir, həm də istənilən şəxs onların xidmətindən faydalana bilər.
Baytar həkim DavitCavaxişvili deyir ki, 2015-ci ilin dekabr ayından onlar HACCP (Təhlükənin analizi və kritik nəzarət nöqtələri) prinsiplərini qəbul ediblər və yalnız sağlam heyvanları kəsirlər.

“Heyvanı gətirən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Bundan sonra diri heyvanın hərarəti ölçülür. Heyvanın hərarət norması 37.5-39 dərəcə qəbul olunur, hətta iki xətt belə artıq olarsa, həmin heyvanı kəsmirik. Bəzən də elə hallar olur ki, heyvanın hərarəti stress üzündən yuxarı olur. Belə heyvanları yarım saatdan bir saata qədər saxlayırıq, əgər hərarət normaya düşürsə, kəsirik.”
Sallaqxanada xırdabuynuzlu heyvanlarla yanaşı iribuynuzlu heyvanlar da kəsilir. Bunu nəzərə alaraq qoyun və inəklər üçün iki xətt fəaliyyət göstərir.

“Bir növ heyvan kəsiləndən sonra ərzaq üçün təhlükəsiz olan vasitələrlə dezinfeksiya olunur. Təxminən yarım saatdan sonra başqa növ heyvan kəsirik. Əgər ət xoşumuza gəlmirsə, xüsusi soyuducuda saxlayırıq və laboratoriyanın qərarını gözləyirik. Əgər cavab mənfi olarsa, yandırırıq və ya qorunan xüsusi xəndəklərdə basdırırıq. Əgər ət sağlamdırsa, “Forma 2” veririk.”
Hər gün səhər saat 6-dan 9-adək və axşam saat 6-dan 9-adək işləyirlər, lakin cümə və bazar günləri daha çox heyvan kəsirlər. Sallaqxanada müvafiq infrastruktur yaradılıb. Yuyulma zamanı istifadə olunmuş su xüsusi kanalizasiya quyularına axıdılır. “İçalata gəlincə, əsasən heyvanların sahibləri aparır, əgər aparmırlarsa, xüsusi xəndəklərimiz var, oraya tökürük. Bizim sallaqxana Avropa standartlarına cavab verir.” – o, qeyd etdi.
Gürcüstanda 90-dan artıq sallaqxana mövcuddur. Milli Ərzaq Agentliyinin cavabdeh şəxsləri müntəzəm olaraq yoxlayırlar. Bu planlı təftişdir və ildə iki dəfə həyata keçirilir. “Heyvanların gətirilməsi, qəbul bazası, kəsilmədən öncə yoxlama prosesi, hərarət rejimi, gigiyenik proseslər və s. yoxlanılır. Planlaşdırılmamış yoxlamalara gəlincə, əvvəlcədən kimsə müəyyən edə bilmir nə zaman və hansı müəssisəni yoxlayacağıq,” – Milli Ərzaq Agentliyinin Keyfiyyət Departamenti sədrinin müavini PaataKurdadze deyir.

Onun dediyinə görə, yaxın vaxtlarda Milli Ərzaq Agentliyinin məsul şəxsləri tərəfindən verilmiş tövsiyyələrin yoxlanılması həyata keçiriləcək ki, bununla da harada təhlükənin analizi və kritik nəzarət nöqtələri tətbiq olunur, harada yox.
“Forma-2”-yə gəlincə, bu heyvanın kəsilmədən öncə və kəsildikdən sonra yoxlanıldığını göstərən yerdəyişmə vasitəsi və baytar yoxlamasıdır. Bu illər öncə tətbiq olunmağa başlayıb. Şəxs ilk öncə biznes-operator kimi qeydiyyatdan keçməlidir, yalnız bundan sonra “forma-2” ala bilər”, – Milli Ərzaq Agentliyinin Keyfiyyət Departamenti sədrinin müavini bildirir.

Yormuğanlı icmasının kəndlərində demək olar ki, hər addımbaşı küçəyə çıxarılmış qeyri gigiyenik şəraitdə satılanətə rast gəlirsən. Nəqliyyatdan yanmış qaz və toz məhsulu daha da çirkləndirir. “Spektr” belə satış məntəqələrindən birinin sənədləri ilə marqlandı. Vəli Süleymanov dekabr və yanvar aylarında verilən “forma-2”ləri göstərdi, yeni sənədi isə yox idi. O, bunu aşağıdakı arqumentlərlə izah etdi.
“Ət mənimdir. Bir heyvan kəsmişəm. Yarısını dostum apardı və sənəd də onun var. Həkim nəzarəti olmadan kim qoyar ki ət satasan. Ona görə sallaqxanada kəsirik ki, hər hansı bir xəstəlik olmasın. Möhür olan hissə artıq satılıb.”

Yormuğanlı icmasının Badiaur kəndində daha bir sallaqxana – “Ferma” MMC fəaliyyət göstərir. Vəli Süleymanovun dediyinə görə heyvanı məhz bu sallaqxanada kəsib. Milli Ərzaq Agentliyində bildirdilər ki, “Ferma” MMC-də HACCP prinsipləri hələ tətbiq olunmur. Onların bildirdiyinə görə, operatora artıq tövsiyyələr verilib. Əgər o üç ay ərzində göstərişlərə əmə etməsə, sallaqxananı bağlayacaqlar.
Gürcüstanda bütün sallaqxanalar təhlükənin analizi və kritik nəzarət nöqtələrini tətbiq etmədən istehlakçı “Forma-2”-yə əsasən satış üçün bazara çıxarılmış ətin hansının sağlamlıq üçün nə dərəcədə təhlükəsiz olduğunu müəyyən edə bilməyəcək.
Gürcüstanda HACCP məsləhət xidməti göstərən şirkətlər fəaliyyət göstərir. Iso-Consulting MMC bunlardan biridir. Layihə meneceri İvaneDidberidzenin dediyinə görə, müasir standartların tətbiq olunduğu sallaqxanalarda kəsilmiş ət təhlükəsiz hesab olunur.
“Belə müəssisələrdə heyvanların qaydalara uyğun kəsilməsi üçün hər şey nəzərə alınıb. Əgər sallaqxana kəsilmə prosesinin bütün mərhələlərinə nəzarət etmirsə, o zaman qeyri-müvafiq sterilləşdirmə və hərarət rejiminə qeyri-müvafiq riayət nəticəsində məhsul daha da çirklənə bilər. Buna görə də burada hazırlanmış məhsul da sağlamlıq üçün zərərli olar.” – o, qeyd etdi.

Milli Ərzaq Agentliyinin məlumatına görə, təftiş və sallaqxanalara giriş tarixi fərqli olduğundan, müvafiq olaraq təhlükənin analizi və kritik nəzarət nöqtələrinin tətbiq olunması vaxtları da müxtəlifdir. Agentliyin məlumatına görə, sallaqxanaların 80 faizi HACCP-nin tətbiq olunması üçün hazırdır və müvafiq işləri fəal şəkildə həyata keçirir.

სტატიის ქართული ვერსია


SPEKTRI  XÜSUSİ BURAXILIŞ


| Print |
FaceBook Twitter Google
თეგები iormuganlo /